Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir
27.04.2011 [13:10]
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub. Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar təmir olunub, geniş yaşıllıq zolağı salınıb. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edilib. Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxıb. Bildirilib ki, dövlətimizin başçısının qayğısı sayəsində paytaxtın gözəl memarlıq nümunəsi olan Azərbaycan Milli Elmlər Akademiyasının binası yenidən möhtəşəm görkəmi ilə Bakıya yaraşıq verir. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. ötən dövrdə dövlətimizin başçısının göstərişi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub. “Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də akademiyanın varlığının qorunub saxlanmasıdır”, - deyən Mahmud Kərimov bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında xalqımızın taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulub. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.
Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yığıncağın gündəliyini elan edib. Bildirib ki, 2011-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümü tamam olur. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun ictimaiyyətlə ilk görüşü akademiyada olub.
Mahmud Kərimov Prezident İlham Əliyevə akademiyanın illik ümumi yığıncağında iştirakına görə minnətdarlığını bildirib, təşəkkür edib.
Dövlətimizin başçısı yığıncaqda giriş nitqi söyləyib.
Akademiyanın illik ümumi yığıncağına dəvətə görə, alimlərə təşəkkür edən Prezident İlham Əliyev burada çox gözəl təmir və yenidənqurma işlərinin aparıldığını bildirib. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Elmlər Akademiyası 1945-ci ildən fəaliyyət göstərir. 1945-ci ildən bu günə qədər akademiya böyük və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın inkişafına müxtəlif dövrlərdə dəyərli töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, - siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, - 1992-ci ildə akademiyanın ləğvi barədə, bağlanması haqqında təkliflər irəli sürülmüşdür. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki, akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz Heydər Əliyevin Azərbaycan elminə bütün dövrlərdə göstərdiyi diqqət və qayğı nəticəsində elmin inkişafı sürətlə aparılırdı. Müstəqil yaşamağa başlayanda əlbəttə ki, ölkədə mövcud olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin birinci sıralarında idi. Ancaq bununla bərabər, Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək və uzaqgörənliklə, müdrikliklə bütün dövrlərdə, o cümlədən müstəqillik dövründə elmin inkişafına çox böyük diqqət göstərmişdir. Burada səsləndi və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan sonra Onun Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz akademiyada olmuşdur”.
“Akademiyada Azərbaycanın elitası cəmlənib”, - deyən Prezident İlham Əliyev bildirib ki, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir.
Dövlətimizin başçısı elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının vacibliyinə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. Bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir.
Alimlərimizin elmdə qazandığı uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX ərdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin getdiyini diqqətə çatdıran dövlətimizin başçısı bunun yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd edib.
“Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”, - deyən Prezident İlham Əliyev bu tərəqqinin təməlində elmin inkişaf prioritetlərinin dayandığını diqqətə çatdırıb.
Dövlətimizin başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq akademiyanın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyinə qeyd edib. Bildirib ki, hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaqdır. Humanitar elmlərin də inkişafının diqqət mərkəzində olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiqdir.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə, İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış edib. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış ediblər, təkliflərini söyləyiblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edilib.
Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib.
Akademiyanın prezidenti Mahmud Kərimov bir daha dövlətimizin başçısına elm adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Yığıncaqdan sonra Prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

