Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "AZƏRBAYCAN GƏNCLİYİ İLHAMLA İRƏLİ"

"AZƏRBAYCAN GƏNCLİYİ İLHAMLA İRƏLİ"

04.05.2011 [11:02]

YAP Nəsimi rayon təşkilatında bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və ölkəmizin müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə “Azərbaycan gəncliyi İlhamla irəli” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin doğum gününun xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunduğunu bildirib. Ulu öndər Heydər Əliyevin xalqımız üçün böyük işlər gördüyünü deyən M.İbrahimqızının sözlərinə görə, Heydər Əliyev Azərbaycanın xilaskarı kimi tariximizdə xüsusi yer tutur. “Məhz Ulu öndərimizin sayəsində ölkəmiz inkişaf və tərəqqi yoluna çıxıb. Hazırda Prezident  İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Sevindirici haldır ki, gənclərimiz ölkəmizdəki inkişafa fəal şəkildə dəstək verirlər. Partiyamızın sıralarında on minlərlə gəncin birləşməsi dövlət başçısının apardığı siyasətə verilən dəstəyin bariz nümunəsidir” - deyə, rayon təşkilatının sədri qeyd edib.
Sonra tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” filmi nümayiş etdirilib.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tədbirdə çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi ən böyük simalardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin inkişafı Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır.
YAP Sədrinin müavini bu gün Heydər Əliyev siyasətinin uğurla həyata keçirildiyini və bunun nəticəsində də ölkəmizin dinamik inkişaf yolunda olduğunu deyib. O bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycan dövlətinin inkişafının fundamental əsasını təşkil edir.
YAP Sədrinin müavini Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Gənclərə Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən Əli Əhmədov Ulu öndərimizin müəyyən etdiyi siyasətin xalqımızın və dövlətimizin firavan gələcəyinə xidmət etdiyini vurğulayıb. Əli Əhmədov YAP-ın 530 mindən çox üzvünün olduğunu xatırladaraq üzvlərin 40 faizinin gənclərdən ibarət olduğunu qeyd edib. O,  gənclərin öz siyasi talelərini Ulu öndər Heydər Əliyevin qurucusu olduğu  partiya ilə bağlamalarının əhəmiyyətini vurğulayıb: “Gənclər bu qənaətdədirlər ki, özlərini ifadə etmək üçün ən əlverişli mühit YAP-dadır və bu partiyanın üzvü olmaqla həm Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları əldə etmiş olur, həm də özlərini bir vətənpərvər olaraq ifadə etmək imkanları əhəmiyyətli dərəcədə genişlənir. YAP gənclərə ən düzgün yol göstərəcək əzəmətli siyasi təşkilat, Azərbaycanın yaxın keçmişini, bu gününü və gələcəyini özündə ifadə edən güclü bir partiyadır. YAP-ın gücü, əzəməti və gələcəklə bağlı olan perspektivləri, ilk növbədə, partiyanın istinad etdiyi ideya və prinsiplərə söykənir. YAP-ın yaradıcısı Heydər Əliyev bu partiyanın formalaşmasının elə əzəmətli və əbədiyaşar prinsiplərini müəyyənləşdirib ki, bu prinsiplərə istinad edən partiya mövcudluğu dövründə həm üzvlərinin, həm də Azərbaycan xalqının bəslədiyi bütün ümidləri doğrulda bilib”.
Əli Əhmədov qeyd edib ki, dövlət hər zaman gəncliyə önəm verib və bu gün də verməkdədir. “Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir” - deyə, o vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi ölkəmizi zəngin, firavan və qüdrətli dövlətə çevirməkdən ibarətdir. “Azərbaycan müasirləşir, modernləşir və bu proses davamlı xarakter daşıyır. Cəmiyyətimiz bu yeniliklərə uyğunlaşmalı, müasir dövrün çağırışlarına cavab verməlidir. Təbii ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz bu prosesi irəli aparmaq üçün fəal olmalıdırlar. Sevindirici haldır ki, partiyamızın sıralarında təmsil olunan gənclər yüksək intellektual potensiala malikdir və bu məsuliyyətin öhdəsindən gəlmək iqtidarındadır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir. ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədov bildirib ki, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP Sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
“YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub” - deyə, o vurğulayıb.
Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin vəzifəsidir. çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında ölkəmiz daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. “Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov gəncləri Azərbaycanın inkişafı prosesində fəal iştirak etməyə çağırıb.
Toplantıda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini bildirib. Onun sözlərinə görə, Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı istiqamətində uğurlu siyasət həyata keçirib. “Hər iki dövrdə gənclik daim Ulu öndər Heydər Əliyevin diqqətində olub. Sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə gənclərimiz keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilirdi. Bu gün həmin siyasət Prezidentimiz tərəfindən davam etdirilir. Məlum olduğu kimi, Azərbaycan gənclərinin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq qazandıqları bilikləri ölkəmiz naminə istifadə edəcəklər” - deyən, N.Məhəməliyev bildirib ki, gənclər bu gün ölkənin həyatında, quruculuq işlərində yaxından iştirak etməlidir.  
Yığıncaqda gənc fəallardan Züleyxa Şirinova və Qail Qasımov çıxış edərək YAP-ın ölkəmizin aparıcı qüvvəsi olduğunu deyiblər. Onlar partiyamızın Azərbaycanda alternativsiz siyasi təşkilat olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlət başçısının ətrafında sıx birləşiblər. çıxış edənlər radikal müxalifət partiyalarının qanunsuz aksiyalarına qoşulan gənclərin səhv yolda olduqlarını bildirərək onları doğru yola dəvət edib, Azərbaycanın inkişafı prosesində  iştirak etməyə çağırıblar.
Tədbirdə, həmçinin, ictimai-siyasi fəallığı ilə fərqlənən gənclərə rayon təşkilatı tərəfindən mükafatlar, eləcə də, YAP sıralarına yeni qoşulmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib. Qeyd edək ki, partiya vəsiqələri alanlar sırasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşları ümidə İsayeva və Sevinc Nuriyeva da var.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30