Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Mehriban xanım Əliyeva: Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib

Mehriban xanım Əliyeva: Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib

05.05.2011 [09:45]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 4-də Müasir İncəsənət Muzeyində Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret ilə görüşüb. Fransanın dünyaca məşhur muzeyinin direktorunu Bakıda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Luvr Muzeyi arasındakı sıx əlaqələrdən danışıb. Bildirib ki, Luvr Muzeyində bir neçə dəfə Azərbaycanla bağlı tədbirlər keçirilib. Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək verib. Amma biz əməkdaşlığımızı daha da genişləndirə bilərik deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağa ölkəmizin qədim və zəngin mədəniyyəti barədə məlumat verib.
Görüşdə muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də, materialların toplanmasında təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30