Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın məşhur "Van Cleef & Arpels" Evinin prezidenti Stanislas de Kersiz ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın məşhur "Van Cleef & Arpels" Evinin prezidenti Stanislas de Kersiz ilə görüşüb

05.05.2011 [09:45]

Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva “Sənət inciləri” sərgisinin keçirildiyi Müasir İncəsənət Muzeyində dünyanın məşhur “Van Cleef & Arpels” zərgərlik evinin prezidenti Stanislas de Kersiz ilə görüşüb. Mehriban xanım Əliyeva Stanislas de Kersizi Azərbaycanda salamlamaqdan və Bakıda “Sənət inciləri” adlı sərginin açılmasından məmnunluğunu bildirib. Azərbaycanın birinci xanımı qeyd edib ki, dünyada üçüncü dəfədir təşkil edilən belə sərginin Bakıda keçirilməsi ölkələrimizin mədəni həyatında mühüm hadisədir. Mehriban xanım Əliyeva vurğuladı ki, sərginin təşkil edildiyi Müasir İncəsənət Muzeyi onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Bu möhtəşəm sərginin mədəni əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayan Azərbaycanın birinci xanımı bildirdi ki, ekspozisiyada nümayiş olunan zinət əşyaları “Van Cleef & Arpels” evinin inkişafının tarixini göstərir.
Mehriban xanım Əliyeva Stanislas de Kersizin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
“Van Cleef & Arpels” evinin prezidenti Stanislas de Kersiz Azərbaycana səfərindən məmnunluğunu bildirib, sərginin Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30