Dövlət başçısı İlham Əliyev İmişli və Ağcabədi rayonlarında səfərdə olub
07.05.2011 [12:59]
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
Prezident İlham Əliyev mayın 5-də İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə yolun əvvəlki və indiki vəziyyətini əks etdirən foto şəkillərə baxıb.
Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulub, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yolun istifadəyə verilməsi, həmçinin, İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaldıb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib, görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olub, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak edib.
Bildirilib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, “Green Land” yem fabriki dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına inşa olunub.
Dövlətimizin başçısı fabrikdə istehsal olunan hazır yem məhsullarına baxıb. Qeyd edilib ki, təqribən bir hektar ərazisi olan fabrikdə qaramal və davar, eləcə də broyler və yumurtalıq quş yemləri istehsal olunacaq.
Prezident İlham Əliyev fabrikin idarəetmə mərkəzindən istehsal prosesini izləyib. Dövlətimizin başçısına məlumat verilib ki, fabrik mərkəzləşdirilmiş kompyuter sistemi ilə idarə olunur. Bir sözlə, prosesə insan müdaxiləsi yoxdur. Hazırda fabrikdə idarə olunan sistem dövlət standartlarına uyğundur. Fabriklə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 80 nəfərin işlə təmin olunduğu müəssisənin illik istehsal gücü 150 min tondur. Burada altı xam maddə, bir hazır məhsul anbarı da var. Dövlətimizin başçısı şirkətin bitki yağları fabriki ilə də tanış olub. Bildirilib ki, müəssisə 1,2 hektar ərazini əhatə edir. Prezident İlham Əliyev fabrikdə istehsal prosesini izləyib. Qeyd olunub ki, müəssisədə quraşdırılmış avadanlıqlar ən müasir standartlara cavab verir. Dövlətimizin başçısı fabrikdə istehsal olunan məhsulların nümunələrinə də baxıb. Məlumat verilib ki, müəssisədə həm xam bitki yağları, həm də günəbaxan cecəsi və soya jımıxı hazırlanacaq. İllik istehsal gücü 60 min ton olan fabrikdə 80 nəfər işlə təmin edilib. Müəssisədə Azərbaycanda ən böyük üç saxlama anbarı yaradılıb. Anbarın quraşdırılmasında Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunub və dövlətin güzəştli kreditlərindən istifadə edilib. Sonra Prezident İlham Əliyev müəssisədə yağın alınması prosesinin son mərhələsini izləyib. Dövlətimizin başçısı xam şəkər saxlanılacaq anbar ilə də tanış olub. Bildirilib ki, anbarda 40 min ton xammal saxlamaq mümkündür. Prezident İlham Əliyev küspə qurutma sexi ilə tanış olub. Qeyd olunub ki, burada yüksək keyfiyyətli həm peletli, həm də peletsiz çuğundur cecəsi hazırlanacaq. Bu yemlər ətlik, südlük mal-qara və qoyunlara verilən samanın və otun keyfiyyətini artırır. Müəssisədə, həmçinin melas qarışıqlı heyvan yeminin də hazırlanması nəzərdə tutulur. Sexin illik istehsal gücü 15 min tondur. Burada 30 nəfər işlə təmin olunub. Avadanlıqlar isə hazırda bu sahədə inkişaf etmiş ölkələrdə istifadə olunan avadanlıqlardır. Dövlətimizin başçısı kəllə qənd zavodunun təməlqoyma mərasimində də iştirak edib. Zavodun sxemi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisənin tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılıb. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaq. Zavod işə düşdükdən sonra 220 nəfər işlə təmin olunacaq. Prezident İlham Əliyevə Azərbaycan Şəkər İstehsalat Birliyinin sənaye spirti zavodu barədə məlumat verilib. Burada 96 dərəcə sənaye etil spirti hazırlanır.
Qeyd edilib ki, ərazidə Azərbaycan Şəkər İstehsalat Birliyinin bütün əməkdaşları üçün 700 nəfərlik yeməkxana binası inşa olunub. Dövlətimizin başçısı gilizi təmələ buraxıb və beton qarışığı töküb. Prezident İlham Əliyev zavodun tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirib ki, bu, ölkədə istifadəyə verilən sayca 31-ci Olimpiya İdman Kompleksidir. İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.
Bildirilib ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilib. Olimpiya İdman Kompleksinin ərazisində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Bildirilib ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir. Dövlətimizin başçısı birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlərə baxıb.
Prezident İlham Əliyev kompleksin birinci mərtəbəsində boks və güləş zalları ilə tanış olub. Bildirilib ki, zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunub. Prezident İlham Əliyev burada idmançıların məşq prosesini izləyib və idmançılarla söhbət edib. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxıb. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu quraşdırılıb. Hovuzdakı yarışları isə 120 nəfər izləyə biləcək. Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılıb.
Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcək. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir. Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış olub. Bildirilib ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür.
Universal idman zalı ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 845 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksdə mini kafe də fəaliyyət göstərəcək.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib. Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İctimaiyyətin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev çıxış edərək deyib ki, ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır. O cümlədən, bölgələrin inkişafı ilə bağlı Dövlət Proqramının ikinci hissəsi icra edilir. Bu proqram bütün bölgələri əhatə edir. Hər bir rayon üzrə xüsusi tədbirlər planı var və bu planlar icra edilir. O cümlədən, İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir: “Bir sözlə, Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Bu gün ölkəmiz öz resursları hesabına yaşayır və inkişaf edir. Bizdə olan inkişafın dünya miqyasında heç bir analoqu olmayıb. çünki 7 il ərzində iqtisadiyyatımız 3 dəfə artıbdır, dünya təcrübəsində belə göstərici olmayıbdır. Yəni, inkişafımız dinamikdir, dayanıqlıdır və hərtərəflidir. Bununla bərabər, ölkədə hələ ki, problemlər vardır və bu problemlər öz həllini tapmaqdadır”.
Sərbəst güləş üzrə 2008-ci il Avropa çempionatı, 2010-2011-ci illər dünya kubokunun bürünc mükafatçısı və Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Emin Əzizov çıxış edərək görülən işlərə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qolunun üzərində tikilmiş körpünün açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı körpünün texniki göstəricilərini və Araz çayının yeni qolunun inşasını əks etdirən sxemə baxıb. Prezident İlham Əliyevə Araz çayının yeni qolunun üzərində aparılan işlər barədə ətraflı məlumat verilib. Sonra dövlətimizin başçısı körpünün açılışını bildirən lenti kəsib.
* * *
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin səmərəli təşkilinə öz töhfəsini verməkdədir. Əhalinin mənalı istirahətinin təşkilində, şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.
Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib.
Prezident İlham Əliyev Ağcabədi şəhərinin mərkəzində yerləşən üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə tanış olub. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1,7 hektar ərazisi olan parkda yerləşən Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrında inşa olunub. ümumi sahəsi 830 kvadratmetr olan mərkəzdə hər biri 155 yerlik qış və yay zalları fəaliyyət göstərir. Dövlətimizin başçısı dahi bəstəkar üzeyir Hacıbəylinin mərkəzin binası önündə ucaldılmış büstünün önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidenti məktəbin tələbəsinin ifasında “Qarabağ şikəstəsi”ni dinləyib. Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində dünən şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evində görülən işlərlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, ötən əsrin 60-cı illərində inşa olunan rayon mədəniyyət evi son vaxtlaradək əsaslı təmir olunmayıb. Azərbaycan Prezidentinin 2008-ci ilin yanvarında Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq bu mədəniyyət ocağının əsaslı təmirinə başlanılıb. Dövlətimizin başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasını dinləyib. Azərbaycan Prezidenti mədəniyyət evində yaradılmış şəraiti yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib. Dünən Prezident İlham Əliyev Ağcabədi şəhərinin üzeyir Hacıbəyli prospektində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı binanın açılışını bildirən lenti kəsib və məktəblə yaxından tanış olub. Prezident İlham Əliyev dərs otaqlarına baxdıqdan sonra binanın ikinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana, xüsusən də şahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotolardan ibarət stendlərə baxıb.
Oyun zalı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 148 kvadratmetr olan zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə bilər. Sonra Prezident İlham Əliyev burada yaradılan kompyuter otağına baxıb.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib, görülmüş işlərdən razılığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar Azərbaycan Prezidentini hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı yeni inşa olunacaq xəstəxananın baş planının və layihələrin əks olunduğu stendə baxıb. Sonra dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev inşaatçılarla söhbət edib, tövsiyə və tapşırıqlarını verib.
Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev zavodu işə salıb. Qeyd edilib ki, sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Bu məqsədlə ətraf kəndlərdə 5 südtoplama məntəqəsi təşkil edilib. Dövlətimizin başçısı zavodun istehsal bölməsində iş prosesini izləyib, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış olub. Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Dünən Ağcabədiyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev rayonun Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının açılışında iştirak edib. Prezident İlham Əliyev kombinatı işə salıb. Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, kombinatda Avropanın ən müasir avadanlığı quraşdırılıb. Kombinatda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır. Gələcəkdə bu rəqəmi 100-ə çatdırmaq nəzərdə tutulur. Laboratoriya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, kombinatda bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir. Bu proses bir neçə dəfə təkrar olunur.
Dövlətimizin başçısı istehsal prosesinin son mərhələsini, məhsulların qablaşdırılması üçün tələb olunan taraların hazırlanması prosesini izləyib, soyuducu kamera ilə tanış olub.
Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı yolun əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıb. Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib və yeni yolda avtomobili idarə edib. Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi-Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışından sonra Qaradolaq kəndi ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kənd sakinləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Dövlət başçısı sakinlərlə söhbət edib. Kənd sakinləri Prezident İlham Əliyevə görülən işlərə görə, minnətdarlıqlarını bildiriblər.
Kənd sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdiriblər.
Dünən dövlətimizin başçısı İlham Əliyev Zərdab rayonuna gəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

