Seçkilərin vaxtı dəqiqləşdi
03.03.2023 [10:33]
Mayın 14-də Prezidenti seçəcəklər
Seçkilərin favoriti AKP və lideridir
Türkiyənin 10 əyalətində baş verən zəlzələ böyük dağıntılar və itkilərlə müşayiət olundu. Qardaş ölkədə ölənlərin sayı isə 45 min nəfəri ötüb. Belə çətin və sınaqdolu vəziyyətdə milli birlik, həmrəylik olduqca mühüm amildir.
Baş verən təbi fəlakətin fonunda qarşıdan gələn seçkilərin taleyi də düşündürücü xarakter daşıyırdı. O baxımdan ki, indiki halda əsas məsələnin insanların sağlamlığı, onların qorunması və təhlükəsizliyinin təmin edilməsi sayıldığı üçün, seçkilərin vaxtı ilə bağlı veriləcək qərar da maraq doğururdu. Amma bütün suallara cavab tapılıb. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləyib. Türkiyə Prezidenti müvafiq bəyanatı Böyük Millət Məclisində çıxışı zamanı səsləndirib. “Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək. Qüsurlarımızı demək, halallıq istəmək bizim səmimiyyətimizin, millətimizlə aramızdakı sevginin ifadəsidir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Bir çox dövlətlər Türkiyəyə dəstək oldu - Prezident Ərdoğanın yürütdüyü siyasət bunu təmin etdi
Qeyd edilməlidir ki, baş verən təbii fəlakət zamanı Azərbaycan başda olmaqla, dünyanın bir çox dövlətləri Türkiyəyə dəstək oldular. İstər texniki yardımlar, istər maddi, istərsə də humanitar xarakterli yardımlar ardı-arası kəsilmədən Türkiyəyə göndərildi. Həmin dövrdə Türkiyə iqtidarının iş qrafiki də mühüm gərginliyi ilə seçildi: Prezident Ərdoğan dəfələrlə zəlzələ baş verən bölgələrə baş çəkir, çadır şəhərciklərində vətəndaşlarla görüşür, ən xırda problemlərin həllində əsaslı rol oynadı. Eyni zamanda, xarici dövlətlərin Türkiyəyə yardımının da əsasında bir mənada Prezident Ərdoğanın yürütdüyü siyasət dururdu. Nəzərə alınmalıdır ki, Ərdoğanın rəhbərliyi altında AKP-nin hakimiyyəti dövründə Türkiyə özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğan Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi - siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri daha da artdı. Eyni zamanda, Prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2025-ci il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.
Müxalifətin zəlzələ bəhanəsi də əlindən alınır
Maraqlıdır ki, zəlzələ faktoru ilə önə keçməyə çalışan bəzi siyasi təşkilatların bu bəhanəsi də əlindən alınır. Baş verənlərin qısa zamanda aradan qaldırıla bilməyəcəyini iddia edənlərin cavabı Türkiyə Prezidentindən gəlib. Prezident Rəcəb Tayyib Ərdoğan martın 1-də Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında mayın 14-nə seçki tarixinə aydınlıq gətirib, zəlzələ fəlakətinin yaralarının sağalması, dağılan evlərin bərpası ilə bağlı açıqlamalar verib. O bildirib ki, son araşdırmalara görə, zəlzələdə dağılan 203 min 958 binaya zərər dəyib. Bölgədə təyin edilmiş dövlət personalının ümumi sayı 271 min, tikinti texnikasının sayı 15 min, təyyarələrin sayı 78, helikopterlərin sayı 115, gəmilərin sayı 38-dir. Dövlət başçısı bütün problemlərin qısa zamanda həll ediləcəyini, binaların tikiləcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, zəlzələ bölgəsində 392 min 350 bina, 75 min 681 kənd evi tikmək planlaşdırılır.
Göründüyü kimi, müxalifətin zəlzələ üzərindən təbliğat qurmaq cəhdləri də boşa çıxır. Türkiyə dövləti, Türkiyə Prezidenti hər zaman olduğu kimi xalqının yanındadır. Xalq isə seçdiyi hakimiyyətə, liderə sadiqdir - qarşılıqlı olaraq xalq-iqtidar etimadı Türkiyəni bütün çətinliklərdən qorumağa qadirdir. Hətta 2015-ci ilin 15 iyulunda dövlət çevrilişi cəhdi zamanı Türkiyə xalqı öz liderinin ətrafında sıx birləşdi.
Bu kimi amillər isə 14 may seçkiləri ilə bağlı mənzərəni daha da aydınlaşdırır. Uzun illərdir dövlətin inkişafı üçün mübarizə aparan Ərdoğan hökumətinə yenidən etimad göstərilməsi ilə bağlı gözləntilər böyükdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

