Azərbaycan-Sloveniya arasında əlaqələr çox yüksək səviyyədədir
11.06.2011 [09:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlib.
Həmin gün Sloveniya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərlərinin əlaqələrimizin inkişafının genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensial var.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk qarşılıqlı olaraq dövlət hədiyyələrini təqdim ediblər.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunublar.
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə “Şərq tərəfdaşlığı” Proqramının önəmindən danışılıb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin və Prezident Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub.
“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar. “Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzalayıblar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün birgə mətbuat konfransı olub.
Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər.
Sloveniya Prezidenti Danilo Türk çıxış edərək deyib ki, ikitərəfli münasibətlər yaxşıdır, əməkdaşlıq uğurludur və iqtisadi əlaqələr də inkişaf etməkdədir: “Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Danilo Türk söyləyib ki, status-kvo qəbul edilən həll variantı deyildir: “Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin”.
“Biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi genişləndirmək istəyirik” - deyən Prezident Danilo Türk bildirib ki, enerji təhlükəsizliyi olduqca mühüm məsələdir: “Bu məsələ get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq tələb edir. Burada həm istehlakçılar, həm də hasilatçılar arasında əməkdaşlıq nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə apardığımız danışıqlar çərçivəsində Sloveniya bir sıra ölkələrə təklif etdi ki, “Cənub” qaz dəhlizinin bəyannaməsini imzalayan ölkələrlə, daha sıx əməkdaşlıq mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki, onların da iştirakı daha geniş şəkildə təmin edilsin”.
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir: “Bizim aramızda çox fəal siyasi dialoq aparılır”.
“ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir” - deyən dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, Sloveniya Azərbaycan üçün çox vacib tərəfdaşlardan biridir: “Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli yolla çıxarmaq üçün yeni kontraktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir”.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq söyləyib ki, məsələnin ədalətli həlli üçün indi yaxşı şərait yaradılıb: “Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının may ayının sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir. Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir, işğalçı qüvvələr işğal edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və ümidlərimizi artırır. Bəyanatın digər vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır. İndiki mərhələdə Ermənistan tərəfi konstruktivlik və səmimiyyət göstərməlidir. Uzun illər Ermənistan danışıqların sadəcə olaraq danışıqlar naminə aparılmasına, imitasiya ilə məşğul olmağa çalışmışdır. İndi isə vaxt çatıb ki, verilmiş təkliflərə dəqiq, konkret cavab versin. Əgər belə olarsa, o zaman hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə işğalçılardan azad ediləcəkdir”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Prezident İlham Əliyev Sloveniya Respublikasının Milli Assambleyasının Xatirə kitabını imzalayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib.
Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi bildirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısını meriyanın qarşısında Lyublyananın meri Zoran Yankoviç qarşılayıb.
Z.Yankoviç Prezident İlham Əliyevi salamlayaraq yeddi il əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla xatırlayıb. O, Bakı ilə Lyublyana arasında əməkdaşlığın daha da inkişafı üçün çalışacağını bildirib.
Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində qazandığı qələbəyə görə təbrik edən Lyublyana şəhərinin meri gələn il Sloveniyanın bir çox incəsənət adamının Azərbaycana səfər edəcəyini qeyd edib.
Dövlətimizin başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini bildirib.
Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın daha da müasirləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq deyib: “Mən görürəm ki, həm şəhər rəhbərliyi, eyni zamanda, sakinlər öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar. Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır. Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu əlaqələrimiz gündən-günə güclənir. Eyni zamanda, sabah keçiriləcək birgə biznes forum iqtisadi sahədə də əlaqələrin inkişafı üçün çox təsirli olacaqdır. çünki qarşılıqlı maraq çox böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır. Eyni zamanda, parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə dostumu görməkdən də çox məmnunam. Biz Strasburqda birlikdə işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub. Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma görüşlərimizin baş tutduğu o vaxt biz Avropa Şurasına təzə üzv olmuşduq və əlbəttə ki, bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki, tezliklə Avropa Şurasına inteqrasiya edək, öz yerimizi tutaq və cənab Yankoviç də bizə çox kömək göstərmişdi. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan gənclərinin qazandıqları qələbə münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Bir ildən sonra sloveniyalı qonaqları qəbul etməyə hazırıq, o cümlədən sizi, cənab mer. Amma ümid edirəm ki, siz ondan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi davam etdirəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
Dövlətimizin başçısı meriyanın xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03

