Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ordusu qarşısındakı şərəfli missiyanı layiqincə yerinə yetirməyə hazırdır

Azərbaycan ordusu qarşısındakı şərəfli missiyanı layiqincə yerinə yetirməyə hazırdır

18.06.2011 [12:27]

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində silahlı qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib
Məlum olduğu kimi, iyunun 26-da Azərbaycanın Milli Ordusunun yaranmasının 93-cü ildönümü tamam olur. Bununla əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bayram günü isə Milli Ordu hissələrinin paradının keçirilməsi gözlənilir. Parlamentin birinci vitse-spikeri, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında iyunun 26-da Azərbaycan Ordusunun tam gücünü göstərəcəyini söyləyib. Z.Əsgərov bildirib ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür və hər il bu gün çox böyük təntənə ilə qeyd edilir. Onun sözlərinə görə, hərbi paradın keçirilməsi hər bir ölkənin suveren hüququdur: “Azərbaycan xalqı görməlidir ki, onun ordusu hansı gücə malikdir, öz ordusu ilə fəxr etməlidir və bir daha əmin olmalıdır ki, ordu işğal olunmuş torpaqları azad edə biləcək gücdədir”.
Azərbaycan Milli Ordusunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan ilk müstəqillik dönəminə təsadüf edir. Bu, bir həqiqətdir ki, çar Rusiyasının tərkibində olan türk xalqlarının uzun illər ərzində hərbi xidmətdən kənarlaşdırılması siyasəti aparılırdı. Bunun qarşılığında isə xalqımıza qarşı silahlı təcavüzlərin sayı artırdı. Belə ki, 1918-ci ildə Cənubi Qafqazda azərbaycanlılara qarşı erməni təcavüzünün güclənməsi həmvətənlərimizi fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz həmin vaxt mərkəzləşdirilmiş ordu sisteminin olmaması Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təcili olaraq ordu quruculuğuna başlanmasına qərar vermək məcburiyyətində qoydu. Beləliklə, müstəqilliyin elan edilməsindən cəmi bir ay sonra - 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılması prosesinə başlanıldı, avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi quruldu.
Hələ çar Rusiyası dövründə yaponlarla müharibədə ad-san qazanan istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Təəssüf ki, cəmi 19 ay ömrü olan AXC-nin süqutu ilə müstəqil ordumuzun da varlığına son qoyuldu.
Xalqımızın yenidən öz milli ordusuna qovuşması isə yalnız SSRİ-nin süqutundan sonra mümkün oldu. Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü yenicə suverenliyini əldə etmiş Azərbaycan üçün çətin bir vəziyyət yaratmışdı. Həmin illərdə SSRİ-nin qoşunlarının köməyi ilə Dağlıq Qarabağ ərazilərini işğal edən Ermənistan silahlı qüvvələrinə qarşı yalnız yerli əhalidən ibarət könüllü dəstələr vuruşurdu. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat rəhbərlərinin formalaşdırdıqları silahlı dəstələr isə şəxsi maraqların müdafiəçisi rolunda çıxış edirdi. Bu dəstələrdən bir çoxu müharibə zonasında yerləşən rayonlarda soyğunçuluq və talanla məşğul idi.
ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi cəbhədə atəşkəsin elan olunmasına və müasir Azərbaycan dövlətçiliyinin əsas dayağına çevriləcək ordu quruculuğuna start verilməsinə imkan yaratdı. Qısa zaman kəsiyində Ulu öndərin rəhbərliyi altında ölkəmizdə mütəşəkkil, qüdrətli ordu və onun gücləndirilməsi üçün baza yaradıldı.
Əslində, Ulu öndər müstəqil Azərbaycanda ordu quruculuğu ilə bağlı məsələni hələ respublikaya rəhbərlik etdiyi birinci dönəmdə diqqətdə saxlayırdı. İlk dəfə olaraq, Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsi məsələsini reallaşdırmaqla Ulu öndər böyük bir tarixin başlanğıcını qoymuşdu. C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanda orduya olan marağı yenidən gücləndirirdi. Əvvəllər övladlarını müxtəlif yollarla hərbi xidmətdən yayındırmağa meyil göstərən valideynlər çox keçmədi ki, uşaqlarını bu hərbi məktəbdə təhsil almağa gətirməyə başladılar. ümummilli lider 70-80-ci illərdə keçmiş SSRİ-nin aparıcı ali hərbi məktəblərində milli hərbi kadrların hazırlanması yolunda da böyük əmək sərf edirdi. Onun təşəbbüsu ilə 1972-ci ildən etibarən hər il 300-400, sonralar isə 800-900 nəfər azərbaycanlı gənc tanınmış ali hərbi məktəblərə oxumağa göndərilirdi.
1971-ci ildə yaradılan C.Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rol oynadı. Təsadüfi deyil ki, məhz bu məktəbin yetirmələri Dağlıq Qarabağda döyüşlər gedən zaman misilsiz qəhrəmanlıqlar göstəriblər. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ordu quruculuğu prosesi mütəşəkkil şəkildə davam etdirildi. çünki, 1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün ölkə rəhbərliyi bu istiqamətdə heç bir addım atmamışdı. Səbəb isə hələ də SSRİ-nin tərkibində qalmaq istəyən şəxslərin müstəqil ordunun formalaşmasında maraqlı olmaması idi. AXC-Müsavat hakimiyyəti dövründə hökm sürən səriştəsizlik, özbaşınalıq, xaos və anarxiya ölkəni, həmçinin, əhalini hər cür silah və hərbi texnika ilə təchiz edilmiş düşmən ordusundan qoruya bilmirdi. Hərbi iş üzrə heç bir biliyi və səriştəsi olmayanların Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilməsi ordunun mənafeyinə ciddi ziyan vururdu. Bu şəxslər peşəkar zabit kadrlarına inamsızlıq göstərir, onları ordudan uzaqlaşdırır, yalnız şəxsi maraqlarına uyğun insanları vəzifəyə təyin edirdilər. Beləliklə, bu cür biganəlik torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarından didərgin düşməsi, on minlərlə insanın həyatına son qoyulması ilə nəticələndi.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə təkan verdi. Atəşkəsin elan olunması ilə cəbhədə vəziyyət müsbət istiqamətdə dəyişdi, silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.
ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi təhsil sistemi sonrakı illərdə daha da inkişaf etdirildi. Bu məqsədlə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. 20 avqust 2001-ci il tarixli Fərmanla isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Son illərdə Azərbaycan iqtisadiyyatının yüksəlişi büdcədən orduya ayrılan vəsaitlərin artırılmasına imkan yaradıb və bu vəsait Ermənistanın dövlət büdcəsi qədərdir. Bu isə ölkəmizin silahlı qüvvələrə qayğısının və ordunun inkişafı üçün apardığı siyasətin hər zaman diqqət mərkəzində olmasından xəbər verir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30