Azərbaycan güclü maliyyə-valyuta ehtiyatlarına malikdir
22.06.2011 [09:28]
Sürətli inkişaf dövrünü yaşayan müstəqil Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu keçib, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempilə nəinki regionda, həm də dünya coğrafiyasında lider mövqeyə yüksəlib. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın bu sahədə qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edəcək uğurlu vəhdətinin yaradılması olub. ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkəmizin hərtərəfli tərəqqisi üçün dərin əsaslar yaradıb.
Ulu öndərin həyata keçirdiyi kompleks və sistemli islahatları yeni inkişaf dövrünün tələblərinə uyğun inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasına səbəb olub. Cənab İlham Əliyevin rəhbərliyi altında yeni yüzillikdə Azərbaycan iqtisadiyyatı obyektiv qanunauyğunluqlarını, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə ehtiva edən və irimiqyaslı islahatlarla müşayiət olunmaqla zamanın çağırışlarına cavab verən növbəti inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası sayəsində ölkəmizin maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlılıq potensialı yaradılıb, sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları artıb, manatın məzənnəsinin sabitliyi qorunub saxlanılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl iqtisadi strategiya nəticəsində iqtisadiyyatın sürətli inkişafı təmin edilməklə bərabər, milli valyuta ehtiyatlarının artım dinamikasına əlverişli zəmin yaradıb. 2003-cü ildən başlayaraq respublikamızın strateji valyuta ehtiyatlarının illik artımı baş verib.
Azərbaycan valyuta sərvətlərinin həcminə görə, Gürcüstandan 14, Ermənistandan isə 20 dəfə güclüdür...
Strateji valyuta rezervlərinin artım dinamikasına təbii ki, ölkə iqtisadiyyatının inkişaf indiqatorları öz mühüm təsirini göstərməkdədir. Respublikamızın ixrac imkanlarının artması, dünya bazarında baş verən dəyişikliklər, beynəlxalq valyuta sistemindəki proseslər və digər amillər ölkəmizin valyuta ehtiyatlarının artması üçün təkanverici faktor rolunu oynayıb. Bakı-Tbilisi-Ceyhan kəməri ilə Avropa bazarlarına neft ixracının başlanması valyuta rezervlərinin illik artım tempini daha da sürətləndirib. Son 8 ildə strateji valyuta ehtiyatlarının həcmi 20 dəfəyə yaxın artıb. 2003-cü ildə respublikamızın valyuta gəlirləri təxminən 1,8 milyard dollara bərabər idisə, hazırda bu rəqəm 35 milyard dollar təşkil edir. Həmin vəsaitlərin 27 milyard dolları Dövlət Neft Fondunun aktivləri, 7 milyard dollardan artığı isə Mərkəzi Bankın vəsaitləridir.
Hazırda Azərbaycan strateji valyuta ehtiyatlarının artım tempinə görə, bölgə ölkələri, əsasən də neft ixracatçıları içərisində xüsusi yer tutur. Belə ki, son bir ildə respublikamızın valyuta ehtiyatlarının artım tempi 20 faizdən çox olub. Bu göstərici Avropa və Asiyanın inkişaf etmiş dövlətlərinin orta göstəricisindən ən azı 2 dəfə çoxdur. MDB dövlətləri ilə müqayisədə isə həmin göstərici 4 dəfədən çoxdur. Prezident İlham Əliyev bildirib ki, yüksək inkişaf iqtisadi tərəqqini təmin edir, eyni zamanda, ölkəmizin valyuta ehtiyatları artmaqda davam edir: “Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun səviyyəsi təqribən 35 milyard dollara çatıb. İqtisadiyyatımız artır və son 7 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Büdcə xərcləri 2003-cü ildə 1,2 milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara çatıb”.
Yeri gəlmişkən, valyuta ehtiyatlarının artım tempinə görə, Azərbaycan Cənubi Qafqazda xüsusi aparıcı mövqeyə malikdir. Digər bölgə ölkələri ilə respublikamızın qeyd olunan göstəricisi arasında kəskin fərq özünü göstərir. Məsələn, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən Gürcüstanın ümumi valyuta ehtiyatları 2,7 milyard dollar, Ermənistankı isə 1,8 milyard dollardır. Müqayisə etdikdə aydın olur ki, Azərbaycan valyuta sərvətlərinin həcminə görə, Gürcüstandan 14, Ermənistandan isə 20 dəfədən güclüdür. Azərbaycanın neft və qaz satışı ilə bağlı yaxın gələcəkdə valyuta ehtiyatlarının həcminin daha sürətlə artacağını nəzərə alsaq qonşuları ilə arasında bu göstərici üzrə yaranan fərq bir qədər də böyüyəcək.
Azərbaycanın valyuta sərvətləri 100 milyard dolları ötəcək...
Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta sərvətləri qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dolları ötəcək. Bu faktor respublikamızda milli məhsul istehsalının bir neçə dəfə artmasına impuls verəcək və adambaşına düşən gəlirlərin həcmi çoxalacaq. Qarşıdakı illərdə də üDM-in artım tempi yenidən ikirəqəmli göstəricilərlə müşayiət oluna bilər. Həmin dövrdə adambaşına düşən gəlirlər bir neçə artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Bu isə Azərbaycanın Avropa İttifaqı ölkələri, Şimali Amerika və Asiyanın inkişaf etmiş dövlətləri, həmçinin, Yaxın Şərqin əsas neft hasilatçıları, xüsusilə də OPEK ölkələri ilə eyni səviyyədə olmasına imkan verəcək.
Azərbaycanın strateji valyuta ehtiyatları ilə bərabər, real büdcə gəlirlərinin də hər il yüksək artım dinamikası müşahidə olunur. 2003-2010-cu illər ərzində büdcə vəsaitlərinin ümumi həcmi 17 dəfəyə yaxın yüksəlib. 2003-cü ildə 1,2 milyard manata bərabər olan büdcə vəsaitlərinin həcmi ötən ay büdcə layihəsinə edilən dəyişikliklərdən sonra 20 milyard dollara yüksəlib. Qeyd etdiyimiz kimi, bu, dövlət büdcəsinin gəlirlərinin son 8 ildə 17 dəfəyə yaxın artımı deməkdir. Qeyd olunan dövrdə büdcə gəlirlərinin orta artım tempi 40,4 faiz, xərclərin artım tempi isə 40,1 faiz təşkil edib. Büdcə gəlirlərinin üDM-ə nisbəti 2003-cü ildə 17,1 faiz, xərclərinki isə 17,3 faiz təşkil etdiyi halda, 2010-cu ildə müvafiq olaraq bu rəqəm 27,4 və 28,3 faizə bərabər olub. Büdcə vəsaitlərinin üDM-ə nisbəti və əvvəlki dövrlərlə müqayisədə artımı son nəticədə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının stimullaşdırılmasına xidmət edib.
Böyük həcmli maliyyə rezervləri bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verir...
Müqayisə üçün yenə də Cənubi Qafqaz bölgəsinin digər ölkələrinin mövcud maliyyə-fiskal və büdcə vəsaitlərinin artım dinamikasını nəzərdən keçirək. İşğalçı Ermənistanda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (üDM) həcmi hazırda 8 milyard dollara bərabərdir. Yəni, Azərbaycanla müqayisədə 7-8 dəfə az. Bu bədnam ölkənin milli məhsul istehsalı son 8 ildə cəmi 3,4 dəfə artıb. 2003-cü ildə üDM təxminən 2,6 milyard dollar idisə, hazırda qeyd etdiyimiz kimi 8 milyard dollardır. Qonşu Gürcüstanda üDM-in həcmi 12 milyard dollar təşkil edir ki, bu da 2003-cü illə nisbətdə (2003-cü ildə 4,3 milyard dollar) təxminən 4 dəfə artım deməkdir. 2003-cü ildə 12 milyard dollarlıq üDM istehsal edən Azərbaycanda isə milli məhsul istehsalının həcmi hazırda 45 milyard dollara yaxındır. Yəni, respublikamızda üDM istehsalı son 8 ildə 4 dəfə yüksəlib. üDM-in fiziki həcmi isə qonşu dövlətlərlə müqayisədə daha çoxdur. Təbii ki, bu faktor ölkənin əsas maliyyə-fiskal dayanıqlılığının göstəricisi olmaqla yanaşı, ali maliyyə sənədi olan dövlət büdcəsinin gəlir və xərclərinin artım dinamikasına da öz mühüm təsirini göstərib. Hazırda Gürcüstanın büdcə vəsaitlərinin həcmi 4 milyard dollar, Ermənistanın büdcəsi isə 2,8 milyard dollara bərabərdir. Hər iki ölkə Azərbaycanla müqayisədə 7-8 dəfə aşağıda dayanır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi və radikal islahatlar strategiyası nəticəsində qarşıdakı illərdə Azərbaycanın artan maliyyə-valyuta imkanları hesabına iqtisadiyyatın çoxşaxəli inkişafı daha da sürətlənəcək. Böyük həcmli maliyyə ehtiyatları və valyuta rezervləri respublikamızda bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13

