Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin görüşü olub

23.06.2011 [09:46]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən layihələr və atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzərdən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30