Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tennisin Azərbaycanda inkişafı üçün müasir baza yaradılır

Tennisin Azərbaycanda inkişafı üçün müasir baza yaradılır

01.07.2011 [06:01]

Prezident İlham Əliyev: Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər
Məlum olduğu kimi, Azərbaycanda idmanın bütün növləri üzrə yüksək nəticələrin əldə olunması üçün mühüm işlər görülür. Daha dəqiq desək, idmanın inkişaf etdirilməsi siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil edir. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan idmanın inkişafına görə dünyada sayılıb-seçilən dövlətlərdən biri kimi tanınır. Dövlət bu sahənin inkişafı istiqamətində ciddi infrastruktur bazasının yaradılmasının vacib olduğunu yaxşı bildiyi üçün bu məsələ xüsusi olaraq diqqətdə saxlanılır.
Əgər diqqət etsək görərik ki, Azərbaycanda idmanın yüksəliş dövrünə qədəm qoyması dövlət tərəfindən infrastrukturun yaradılmasından sonra başlayıb. Daha doğrusu, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin bu sahəni daim nəzarətdə saxlaması və infrastrukturun yaradılmasına xüsusi diqqət ayırması nəticədə Azərbaycan idmanının yüksəliş dövrünə qədəm qoymasına təkan verib. Onu da qeyd edək ki, paytaxt Bakı ilə yanaşı bölgələrdə də Olimpiya İdman Komplekslərinin inşa edilməsi, yeni idman zallarının istifadəyə verilməsi regionlarda da idmanın inkişaf etməsi üçün böyük potensial yaradıb. Artıq dünya və Avropa səviyyəli beynəlxalq turnirləri qəbul etmək ənənəsi paytaxt Bakı ilə yanaşı regionlara da keçməyə başlayıb.
çünki bölgələrdə inşa edilən idman qurğuları müasir standartlar səviyyəsində olduğundan beynəlxalq turnirləri qəbul etmək iqtidarındadır. Böyük idman infrastrukturunun yaradılması ayrı-ayrı idman növlərinin inkişafı üçün geniş imkanlar yaradır. Bu isə ölkəmizdə nisbətən zəif inkişaf edən idman növlərinin də yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir.
Onu da vurğulamaq yerinə düşər ki, dünyada böyük populyarlıq qazanan idman növlərindən sayılan tennis artıq bizim üçün yad idman növü deyil. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də bu idman növünün dünyada məşhurluğuna işarə edərək bildirib: “Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdir ki, dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdür. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdir. Milyonlarla insan bu yarışlara baxır”.
Bildirmək yerinə düşər ki, dünyada milyonlarla azarkeşi olan, oyunların keçirildiyi arenalarda boş yer tapmağın çətin olduğu böyük tennis yarışları artıq Bakını da özünə məskən seçməyə hazırlaşır. Belə ki, iki gün öncə dövlət başçısının iştirakı ilə açılışı olan Bakı Tennis Akademiyasının mərkəzi kortu nüfuzlu yarışları qəbul etmək iqtidarındadır. Tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də, konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən, yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar var.
Qeyd edək ki, infrastruktur bazasının yaradılması və müxtəlif beynəlxalq yarışların keçirilməsi nəticəsində ölkəmizdə tennisə olan maraq artmağa başlayıb. Bu özünü Tennis Akademiyasına müraciət edənlərin sayının artmasında daha aydın göstərir. Bir vaxtlar bizim üçün xəyal olan və daha çox televiziya ekranlarından izləməyə adət etdiyimiz tennis üzrə beynəlxalq yarışları artıq Bakıda canlı olaraq izləyə bilirik. Bu il Bakı Tennis Akademiyasında yeniyetmə və gənclər arasında Avropa tennis turniri keçirilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə iyunun 16-dan 24-dək qadınlar arasında keçirilən “Baku Cup” beynəlxalq turniri də uğurla başa çatıb. Bakı Tennis Akademiyasında yaradılan şərait yaxın gələcəkdə ölkəmizdə bu idman növünün xeyli inkişaf edəcəyini deməyə əsas verir. Akademiyada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə, idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılıb.
Prezident İlham Əliyev bu idman növünün ölkəmizdə inkişaf edəcəyini və tennisçilərimizin dünyada öz sözlərini deyəcəklərini bildirib: “İstənilən idman növündə qələbə qazanmaq, layiqli yer tutmaq üçün şərait olmalıdır. İndi ölkəmizin hər bir yerində yeni olimpiya kompleksləri tikilir və biz görürük ki, orada məşq edən uşaqlar, yeniyetmələr yüksək nəticəyə nail olurlar.  Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər. Buna vaxt lazımdır. İndi şərait vardır. Burada bir neçə kort tikilibdir. Mərkəzi kort ən böyük kortdur və bundan sonrakı dövrdə təlim-məşq prosesi düzgün qurulmalıdır. Təlim-məşq prosesinin düzgün qurulmasından çox şey asılıdır. Əlbəttə ki, Bakıda beynəlxalq yarışların keçirilməsi də çox vacibdir. Mənə verilən məlumata görə, yaxın vaxtlarda Bakıda dünya səviyyəli beynəlxalq turnir keçiriləcəkdir. Bu da tennisin Azərbaycanda yayılmasına, populyarlaşmasına xidmət göstərəcəkdir. Gənclərimiz, yeniyetmələrimiz yaxşı öyrənəcəklər, görəcəklər, görkəmli tennisçilərlə ünsiyyətdə olacaqlar. Bu idman növünün Azərbaycanda böyük və gözəl gələcəyi olacaqdır. Mən buna əminəm. Digər idman növlərində əldə edilmiş uğurlar belə deməyə əsas verir”.
Anar MİRİYEV

Paylaş:
Baxılıb: 877 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30