O, çətin vaxtlarda həmişə göydən gəlirdi...
09.05.2023 [22:00]
“Heydər Əliyev Allahın Azərbaycana lütfüdür” deyənlər haqlıdır
“Heydər Əliyev Allahın Azərbaycana lütfüdür” deyənlər haqlıdır.
Qədirşünas əksəriyyət belə düşünür.
Bu, emosiyalardan irəli gələn bir deyim, adi bəlağət, obrazlı ifadə deyil.
İlahi yozumu, sosial-siyasi bəraəti olan səlis bir məntiqdir.
Və qeyd-şərtsiz bu məntiqin arxasında milli mücadilə tariximizin həlledici kəsimi - Heydər Əliyevin bioqrafiyası dayanır.
Təsadüfi deyil ki, Azərbaycan xalqının təsəvvüründə və inancında, sanki Heydər Əliyev Azərbaycandan ayrılıb heç vaxt heç yerə getməyib.
Və O, heç yerə getmir.
Xalqın düşüncə fazasında (və orbitində) O, yalnız həmişə haradansa qayıdır, haradansa gəlir.
Moskvadan Bakıya gəlir...
Naxçıvana gəlir...
Naxçıvandan Bakıya gəlir...
Həmişə də eyni qalib görkəmdə və statusda: lider kimi, xilaskar kimi, qurtuluşçu kimi...
Həmişə də dar macalda, xalqının çətin və ağır günlərində.
Və həmişə də təyyarə ilə... göydən gəlir...
Onun 1969-cu ildə MK-nın birinci katibi seçilməsini də xalq özünəməxsusluqla qavrayır.
Ona həvalə olunan vəzifəni təyinat yox, Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi, milli liderin təqdimatı kimi dərk edir və dəyərləndirir. Və yanılmır.
Heydər Əliyev gəlir və sovet liderləri haqqında formalaşmış bütün streotipləri alt-üst edr.
Liderlik anlayışına milli məzmun gətirir...
1990-cı il iyulun 20-də Moskvadan Bakıya gəlir.
Başı və vicdanı ləkəli Qorbaçov hakimiyyətinin repressiyalarına, yaratdığı süni əngəllərə baxmayaraq.
Bakıdan Naxçıvana gəlir...
Naxçıvanı xilas edir.
Naxçıvan Azərbaycanın xilaskarını qoruyur.
Onun Bakıya labüd qayıdışının qarşısını almaq üçün nələr, nələr edilmir.
Hətta Naxçıvanın statusunu ləğv etmək istəyənlər də tapılır.
Heç nə işə yaramır...
25 il əvvəl Onu Naxçıvandan Bakıya gətirmək üçün təyyarəni kim göndərmişdi?
Tarixin hökmü, prezidentin qərarı, yoxsa Allahın işiydi?...
Müzakirə açmağın yeri yox.
1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəlir.
Yenə həmişəki kim təyyərə ilə və göydən...
Onilliklərin, yüzilliklərin sınağından çıxmış prinsiplər, normalar var.
Xalq o şəxsə ikinci dəfə inanır ki, o, bir dəfə onun ümidlərini doğruldub.
Onda xalq təkcə Naxçıvan Ali Məclisinin sədrini yox, həm də
70-ci illərdən tanıdığı və güvəndiyi, əfsanəvi və əfsanəvi olduğu qədər də gerçək Heydər Əliyevi hakimiyyətə dəvət edirdi.
Soyuducular zavodunun direktorunu (Ölkənin 1-ci postunda da Mütəllibov mahiyyətcə zavod direktoru olaraq qalırdı) hakimiyyətdən devirən əski əlyazmalar mütəxəssisi, şərqşünaş müəllim özü də bir zavod direktorunun qarşısında aciz qalmışdı.
Yun zavodunun direktoru Hüseynov hakimiyyəti yun kimi daraqdan keçirib, əlçim-əlçim yelə verirdi.
Hakimiyyət təyinatı üzrə yönlənmirsə (topundan-tüfəngindən, ordusundan, polisindən asılı omayaraq), gec-tez çıxılmaza dirənir.
1982-ci ildən sonra naşı və yad əllərə düşmüş hakimiyyəti öz Sahibinə qaytarmağın zamanı yetişmişdi...
Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı siyasətçilər üçün unikal dərslik vəsaitidir.
Öyrənmək və nəticə çıxarmaq gərək.
İndiki müxaliflər hakimiyyəti 1993-cü ildə Heydər Əliyevə necə və hansı halda təhvil verdiklərini unudublarmı?
Yeni texnologiyalar sənayeçilərə məişət tullantılarını təkrar emala cəlb etmək imkanı verir.
Bəs siyasətdə necə? Alınarmı?
Çıxdaş liderlərin yenidən siyasi dövriyyəyə daxil edilməsi mümkünmü?
Hibrid üsullar aranır, fəndlər axtarılır.
İnandırıcı görünmür.
Xalq ona bir dəfə siyasi böhran, tragik məqamlar yaşatmış adamları niyə yenidən başına çıxarmağı xəyal etsin ki...
Xalq - damdan yıxılmayıb!
Onun yaddaşı yerindədir...
Xalqın yaddaşında Heydər Əliyevin daha bir möhtəşəm gəlişi var:
2003-cü ilin dekabrında O, Klivlenddən Bakıya qayıdırdı...
Əbədiyyətə qovuşmaq üçün.
Xalq, yenə onu həmişəki kimi ayaq üstə, fəxarətlə, sayğı duruşu ilə qarşılayırdı.
Milli birliyin və diriliyin simvolu kimi.
Bu da onun sonuncu qayıdışı deyildi...
Zaman-zaman Əliyev fenomeninin silsilə qayıdışları gerçəkləşir və gerçəkləşəcək.
İşıqlı, canlı xatirələrlə, ustad dərsləriylə, sadiq və səmimi silahdaşları ilə.
İlham Əliyevin timsalında yenidən qayıtdığı kimi.
Alqış HƏSƏNOĞLU
15 iyun 2018-ci il
“525-ci qəzet”
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

