Su təchizatı ilə bağlı infrastruktur layihələri əsas prioritetlərdən biridir
10.09.2011 [10:43]
Hazırda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması, eləcə də, məişət-suvarma suyuna olan ehtiyacların tam ödənilməsi üçün layihələr icra olunmaqdadır. Qarşıdakı illərdə də şəhər əhalisinin tamamilə fasiləsiz su ilə təminatını gücləndirmək istiqamətində layihələrin həyata keçirilməsi əsas prioritet olaraq qalır.
Məlum olduğu kimi, sentyabrın 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimi keçirilib. Bu qurğunun fəaliyyətə başlaması şəhər əhalisinin içməli su ilə təminatında mühüm dönüş yaratmaqla yanaşı, ümumilikdə ölkəmizdə sosial-iqtisadi sferada əhəmiyyətli dəyişikliklərə də səbəb olacağı danılmazdır. Belə ki, sözügedən qurğu suyun təbii duz tərkibini saxlamaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılmasını təmin etməyə imkan verəcək. Qeyd edək ki, ənənəvi qum süzgəclərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı, suda olan bütün zərərli mikrobları tutub saxlamağa imkan verir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Buna görə də, Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsi xüsusi əhəmiyyət daşıyır. Tikintisi 1,2 hektar ərazidə aparılacaq və məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdıracaq, həm də tam avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcək.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ən müasir standartlara cavab verən qurğunun tikintisi özlüyündə əlamətdar hadisədir və onu göstərir ki, müasir dövrdə müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bakı və şəhərətrafı ərazilərdə əhalinin içməli su təchizatı yaxşılaşdırılmaqla yanaşı, inşa edilən yeni sutəmizləyici qurğu emal etdiyi suyun Dünya Səhiyyə Təşkilatının standratlarına cavab verməsini təmin etməklə vətəndaşların sağlamlığını, dövlətin sağlam gələcəyini sığortalamağa imkan verir: “Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq”.
Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən sözügedən yeni qurğunun inşası ilə yanaşı, təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulub. Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək üçün Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası da planlaşdırılıb. Eyni zamanda, hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilməsi də prioritetlərdəndir.
Xatırladaq ki, cari il dekabrın 28-də Azərbaycanda təmiz və içməli su probleminin aradan qaldırılması istiqamətində ən böyük infrastruktur layihələrindən biri - strateji əhəmiyyətli Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Sözügedən kəmərin istifadəyə verilməsini paytaxtın keyfiyyətli su təminatının yaxşılaşdırılması yönündə atılmış tarixi addım kimi dəyərləndirmək olar. çünki Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcək. Bu isə nəticə etibarilə Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsi kimi strateji məqsədə xidmət etmiş olur. Eyni zamanda, bu layihə respublikamızın iqtisadi qüdrətinin, nəhəng sosial infrastruktur və investisiya layihələrini həyata keçirmək üçün güclü maliyyə resurslarına malik olduğunu şərtləndirir.
Dövlət başçısı çıxışında bir daha bəyan edib ki, Oğuz-Qəbələ-Bakı kəmərinin istifadəyə verilməsi böyük tarixi hadisədir və su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılıb. Lakin bu istiqamətdə işlər davam etdirilir ki, su qıtlığı problemi tamamilə aradan qaldırılsın: “Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

