/ / Prezident İlham Əliyev Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak edib
20.09.2011 [10:52]
Məktəbin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verib ki, 1937-ci ildə yaradılmış 8 nömrəli musiqi məktəbi 2 min 580 kvadratmetr sahədə yerləşir. 1963-cü ildə bu binaya köçən musiqi məktəbinə 1989-cu ildə dünya şöhrətli bəstəkar Qara Qarayevin adı verilib. Musiqi məktəbinin fəaliyyət göstərdiyi bina yararsız vəziyyətə düşdüyündən ötən ilin mayında burada yenidənqurma işlərinə başlanılıb.
Prezident İlham Əliyev dördmərtəbəli binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış olub. Bildirilib ki, “Azərbaycanın mədəniyyət siyasəti” adlandırılan muzey dörd mövzuya ayrılıb. Burada yaradılmış stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, onların mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılıb. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların şəkilləri yer alıb.
Qeyd olunub ki, musiqi məktəbində təhsil alan 410 şagirdə 98 müəllim dərs deyir. Burada fortepiano, skripka, violonçel, klarnet, fleyta, faqot, zərb alətləri, tar, kamança, qarmon, nağara, saz və vokal sinifləri fəaliyyət göstərir. Bütün siniflər yeni musiqi alətləri ilə təmin edilib. Məktəb üçün alınan pianoların əksəriyyəti Qəbələdəki “Beltman” piano zavodunun istehsalıdır. Məktəbdəki 40 yerlik kiçik zal əsasən, imtahanların keçirilməsi üçün nəzərdə tutulub.
İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi ilə tanışlıq zamanı bildirilib ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verəcək. Bildirilib ki, hazırda Azərbaycandakı 186 musiqi məktəbinin 38-i paytaxtda yerləşir.
Binanın üçüncü mərtəbəsində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada geyim, qrim və sinif otaqları fəaliyyət göstərir.
Prezident İlham Əliyev dördüncü mərtəbədə binanın əvvəlki və hazırkı vəziyyətini, burada aparılan tikinti işlərini gedişini əks etdirən fotostendə baxıb, 160 yerlik konsert zalı ilə tanış olub. Bildirilib ki, ən müasir avadanlıqla təchiz olunub, kompyuterləşdirilmiş zalda yenidənqurma işləri zamanı akustikaya xüsusi diqqət yetirilib, müasir işıqlandırma sistemi qurulub.
Dövlətimizin başçısı konsert zalında Prezident təqaüdçüsü Nərgiz Hüseynovanın ifasında Qara Qarayevin əsərlərini dinləyib.
Bildirilib ki, məktəbdəki yeniliklərdən biri də burada səsyazma studiyasının qurulmasıdır. Bundan başqa, burada yeməkxana və tibb məntəqəsi də yaradılıb. Zirzəmidə dekorasiya və səhnə geyimləri üçün anbar və musiqi alətləri üçün emalatxana var.
Prezident İlham Əliyev məktəbin eyvanından ətrafı seyr edib.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

