Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Abşeron" yatağının kəşfi dünya qaz bazarının coğrafiyasını dəyişir

"Abşeron" yatağının kəşfi dünya qaz bazarının coğrafiyasını dəyişir

23.09.2011 [10:24]

Prezident İlham Əliyev: “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir
Azərbaycanın yeni nəhəng qaz blokunun - “Abşeron” yatağının kəşf olunması neçə gündür ki, dünyada böyük iqtisadi hadisə kimi əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın ən nəhəng neft-qaz kompaniyaları, enerji istehlakçıları hazırda Azərbaycanda yeni mərhələyə qədəm qoyan qaz bumunun iqtisadi-siyasi təfərrüatlarını araşdırır, ölkəmizlə əməkdaşlığın yeni komponentləri üzrə tərəfdaşlığa can atırlar. ötən illər ərzində neft amili ilə dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasətində qaz faktorunun ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarmış olur.
Qeyd edək ki, Avropa regionu ölkələri dünyada qaza olan tələbatın artdığı bir dövrdə yeni zəngin qaz yatağının kəşfini sevinclə qarşılayırlar. Xüsusilə də, Mərkəzi-Şərqi Avropa ölkələri bu amilin özlərinin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəyinə əminlik ifadə edir. Avropa ölkələri artıq tam əminliklə 10-15 ildən sonra öz qaz ehtiyaclarının Azərbaycanın nəhəng qaz yataqları - “Şahdəniz”, “ümid”, “Abşeron” və “Alov” blokları hesabına təmin olunacağına arxayındırlar.
Məlum olduğu kimi, hazırda Avropa ölkələrinin yanacaq təminatında 4 əsas mənbə var. Bunlar Rusiya regionu, Şimal dənizi, Yaxın Şərq-Afrika zonası və Xəzər bölgəsidir. Bir neçə ildən sonra, təxminən 2020-2025-ci illərdə Şimal dənizinin qaz ehtiyatları kəskin şəkildə aşağı düşəcək. Yaxın Şərq-Afrika regionu isə Avropa üçün həmişə qeyri-sabit bir bölgə olaraq qiymətləndirilib və buranın perspektivdə güclü sabitlik şəraitində əsas qaz mərkəzi olacağına yenə də əminlik yoxdur. Rusiyanın isə qaz bazarında spekulyativ oyunları, yanacaq amilindən məharətlə istifadə edərək Avropaya siyasi təzyiqləri davam etdirməsi Aİ tərəfindən məqbul sayıla bilməz və Avropa ölkələri yaxın perspektivdə rus qazından asılılığa son qoymağa çalışır. Beləliklə, yaxın onillik üçün Avropanın əsas gözləntiləri ən sabit və təhlükəsizlik sistemi olan Xəzər regionu sayıla bilər. Aİ məhz bu uzaqgörən siyasətə uyğun hərəkət etməklə, indidən öz təhlükəsiz nəql marşrutu sisteminə və qaz ehtiyatlarına əsaslı şəkildə təminat yaratmaq istəyir.
Beləliklə, görünən odur ki, Gələcəyin sabit qaz bölgəsi Azərbaycan olacaq və ölkəmizin yeni qaz bloklarının kəşfi də Azərbaycandan daha çox Avropanı sevindirir. Bu mənada “Abşeron” yatağının kəşfindən sonra Amerikadan tutmuş Avropa və uzaq Asiyaya kimi yanacaq alıcısı olan ölkələrin Azərbaycana ardı-arası kəsilməyən təkliflərini normal qarşılamaq olar. çox güman ki, yaxın aylar ərzində Asiya, Afrika və Amerika qitəsi ölkələri də Azərbaycan qazı əldə etmək üçün səyləri artıracaq və Dövlət Neft Şirkəti ilə danışıqlara başlanacaq. Bunu ötən dövrün iqtisadi prosesləri zəminində müşayiət etməklə söyləmək olar. Məsələn, ötən ilin sonlarında “ümid” yatağının kəşfindən sonra Azərbaycana 10-a yaxın dövlətin nüfuzlu iqtisadiyyat və energetika üzrə vəzifəli şəxsləri səfər edərək qaz nəqli ilə bağlı təkliflərini irəli sürüblər. Hətta bir neçə ölkə artıq yeni qaz bumunda pay əldə etmək üçün ilkin razılıq da alıb. İndiyədək daha çox “Şahdəniz”in ehtiyatlarına  güvənən xarici ölkələr yanacığın yeni mənbələrinin üzə çıxmasından sonra qəti şəkildə bir qərara gəliblər ki, artıq ən real qaz mənbəyi Azərbaycandır. Xüsusilə də “Abşeron” qaz bloku ehtiyatlarının həcminə və kəşfiyyat sahəsinə görə, böyük bir yataq olması dünya enerji tədqiqatı institutlarında belə bir qənaəti möhkəmləndirib ki, bu, hələ son deyil, Azərbaycanda yenə də yeni qaz yataqları kəşf olunacaq və bu bölgə yanacağın tükənməyən zəngin nöqtəsinə çevriləcək.  
Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlar hər il dəyişir. İndiyədək respublikamızın  qaz ehtiyatları 3-4 trilyon kubmetr təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetrə bərabər olacaq. Azərbaycan yeganə ölkələrdəndir ki, son bir ildə proqnoz göstəricilərini 2 dəfə artıra bilib. Xəzər bölgəsində heç bir ölkə 2010-cu ilin sonlarından bu yana 2 dəfə nəhəng qaz yatağını kəşf etməklə güclü proqnoz dəyişiklikləri əldə etməyib. ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatlarının həcmini bu rəqəmlə də yekunlaşdırmaq düzgün deyil və heç şübhəsiz, bir neçə ildən sonra daha yüz milyon kubmetrlərlə zəngin qaz yataqları kəşf olunacaq ki, bu, proqnozların yenə də dəyişməsinə gətirib çıxaracaq.
Azərbaycan bir neçə ildən sonra qaz ixrac edən ölkələrin onluğuna daxil olacaq. Yeni qaz bumunun başlanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradır. Daha doğrusu, yeni dövrün tələbləri kimi digər qaz kəmərlərinin çəkilməsi labüd olacaq. ölkəmiz, həmçinin, sıxılmış qaz yatağının ixracı ilə bağlı yeni marşrutları gerçəkləşdirmək imkanlarına malik olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin qaz strategiyası möhkəmlənir və respublikamız qaz ölkəsi kimi, dünyaya öz sözünü deməkdədir: “Abşeron” yatağında böyük həcmdə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir...Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır”.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30