Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

04.11.2011 [14:51]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib.
Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycan ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. Dünya Bankının Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirib.
Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulanıb, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 1001 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30