Respublika Diaqnostika Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra açılıb
28.12.2011 [16:47]
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, Respublika Diaqnostika Mərkəzi dünyada mövcud ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Burada ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen və azot qazları sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Mərkəzdə endoskopik diaqnostika şöbəsi, həmçinin cərrahiyyə və reanimasiya şöbələri yaradılıb. Cərrahiyyə şöbəsində alman texnologiyası ilə “ağıllı” əməliyyat otağı quraşdırılıb, onun sistem və proqram təminatı da Almaniyadan idxal olunub. Cərrahiyyə otaqlarının hamısı LED lampaları ilə işıqlandırılıb. Burada quraşdırılmış videokameralarla telemetriya məqsədilə videoçəkiliş aparılır ki, bu da əməliyyat gedərkən ona on-layn rejimdə xaricdə baxmağa və xarici mütəxəssislərlə məsləhətləşmələr keçirməyə imkan verir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Burada müasir laparoskopik cihazların quraşdırıldığı endoskopik cərrahiyyə otağı da fəaliyyət göstərir. Reanimasiya şöbəsi isə mərkəzləşmiş monitor sistemi ilə təchiz edilib. Bu şöbədə xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları, defibrilyatorlar və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var.
Mərkəzin mama-ginekoloji şöbəsində iki doğuş zalı, bir cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Buradakı doğuş otaqlarından birində Azərbaycanda ilk dəfə xüsusi suda doğuş vannası quraşdırılıb. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Mərkəzin stasionar şöbəsində 70-ə yaxın birnəfərlik palata yaradılıb.
İkinci mərtəbədə poliklinika yerləşir. Burada LOR otağında və audiokabinetdə eşitmə problemləri olan insanlara yüksək səviyyəli tibbi xidmət göstəriləcək. Kardiologiya şöbəsi, nevrologiya və oftalmologiya kabinetləri də müasir tibbi avadanlıqla təchiz edilib. Poliklinika şöbəsində son diaqnostik aparatlarla təmin olunmuş ümumi terapevtik, endokrinoloji, uroloji, ginekoloji, pediatrik, cərrahi kabinetlər fəaliyyət göstərir. Mərkəzin radiologiya şöbəsində quraşdırılan 256 kəsikli nadir kompyuter tomoqrafiya cihazı postsovet məkanında ikinci, Cənubi Qafqazda isə ilk və yeganə belə aparatdır. Radiologiya şöbəsində, həmçinin çox yüksək texnologiyalı və müasir proqram təminatlı maqnit rezonans tomoqrafı da fəaliyyət göstərəcək. Nadir rentgenoqrafiya aparatı ilə bütün onurğa sütünunu birdəfəyə müayinə edib qrafik çəkilişini almaq mümkündür. 4D ölçülü son model ultrasəs müayinə aparatı ölkədə bənzəri olmayan yüksək proqram təchizatı ilə təmin edilib.
Bununla yanaşı, mərkəzin hər iki binasını birləşdirən vakuum poçt sistemi də yaradılıb, bütün şöbələr arasında təcili analiz və sənəd daşımaları onun vasitəsilə aparılır. Burada, həmçinin, Almaniya istehsalı olan mərkəzi sterilləşdirmə sistemi də quraşdırılıb. Mərkəzin ikinci korpusunda Azərbaycanda ilk və yeganə tam avtomatlaşdırılmış laboratoriya yerləşir. Laboratoriyada ümumi klinik, bakterioloji, PSR analizlər aparılır. Buradakı genetik laboratoriyada dölün prenatal müayinəsi həyata keçirilir ki, bu da irsi xəstəliklərin profilaktikası məqsədi ilə tibbi genetik məsləhətlər üçün önəmlidir.
Mərkəzin hər mərtəbəsində həm tibbi heyət, həm də xəstələr üçün iki yeməkxana otağı da istifadəyə verilib. Səhiyyə ocağında müxtəlif tədbirlər keçirmək üçün böyük konfrans zalı da var.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

