Sülhə doğru...
26.09.2023 [10:26]
Ermənistan yaranmış tarixi şansdan istifadə etmək istəyir
Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi ən əsas prioritetlərdən sayılır. Bunun üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, Azərbaycanın sülhə və əmin-amanlığa hədəflənən şərtlərinə razı olmalıdır. Artıq iki ilə yaxındır ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi məhz Ermənistanın qeyri-adekvat mövqeyi səbəbindən nəticə tapmayıb.
Bununla belə sentyabrın 20-də Xocavənd rayonu ərazisində törədilən məlum mina təxribatının ardından başlanan və 24 saat davam edən antiterror tədbirləri sülhlə bağlı məsələyə də yeni dinamizm qazandıra bilər. Ermənistan parlamentinin sədri Alen Simonyan yerli İctimai Televiziyaya müsahibəsində deyib ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. O, Prezident Əliyev ilə Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib ki, İrəvan “bu məsələdə irəliyə doğru addım atılmasını” çox istərdi. “Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, - Alen Simonyan bildirib.
Müsbət impusun davam etdirilməsi üçün...
Vurğulanmalıdır ki, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuları zərərsizləşdirməsinin ardından isə bu, daha real görünür. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik.
Əsassız iddialardan birdəfəlik əl çəkilməlidir...
Sadəcə olaraq, İrəvanın məsələdəki səmimiyyəti vacib faktorlardandır. Çünki sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Halbuki...
Beləliklə, Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalma təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər.
Ermənistanın son davranışları...
Bununla yanaşı, yeni siyasi reallıqlar da sülh prosesinin inkişafına mühüm müsbət təsirlər göstərmək imkanındadır. Ermənistan dərk edir ki, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir - sosial problemlərin girdabında əzilən, maddi imkanları olmayan Ermənistan konstruktiv mövqeyinin qarşılığında regionun ümumi mənzərəsinə, ruhuna uyğun inkişaf yoluna qədəm qoyacaq. Rəsmi İrəvan başa düşür ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarına yolunu açacaq. Eyni zamanda, İrəvanın antiterror tədbirləri dövründə davranışları da bu ölkənin sülhə doğru addım atmaq istədiyini müəyyən mənada dəstəkləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, Ermənistan bu dövr ərzində gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk: “Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək. Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

