/ / Prezident İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş "Koroğlu" stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş "Koroğlu" stansiyasının açılışında iştirak edib
31.12.2011 [00:13]
Dünən Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
“Koroğlu” stansiyasında dövlətimizin başçısını və xanımını Bakı Metropoliteninin əməkdaşları hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verib. Bildirilib ki, 2010-cu ilin iyunundan etibarən Bakı Metropoliteninin birinci növbəsinə daxil olan bu stansiyada yenidənqurma işlərinə başlanılıb. Layihəni Avstriya şirkəti hazırlayıb, tikinti-quraşdırma işlərini isə ABŞ şirkəti həyata keçirib.
Stansiyada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, yenidənqurma işləri çərçivəsində birinci vestibüldəki pavilyonun yerinə hündürlüyü 20 metr, səthin sahəsi 1800 kvadratmetrədək olan şüşə-metal konstruksiyadan piramida şəklində yeni vestibül inşa edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva vestibüldə xalq qəhrəmanı Koroğlunun abidəsinin qoyulacağı postamentə və eskiz layihələrinə baxıblar, stansiya daxilində fəaliyyət göstərəcək ticarət köşkləri və istirahət guşələrində yaradılan şəraitlə tanış olublar.
Sonra platformaya enən Prezident İlham Əliyevə əvvəlcə “SOS” həyəcan avadanlığı barədə məlumat verilib. Qeyd olunub ki, bu avadanlıq vasitəsilə metropoliten işçiləri bütün məlumatları mərkəzə ötürə bilərlər.
Diqqətə çatdırılıb ki, stansiyanın çıxışlarının, vestibüllərinin, divarlarının üzlükləri dəyişdirilərək mərmər və qranitlə əvəzlənib. Sərnişin platformasının və 32 sütunun hər biri yarıyadək mərmər, digər yarısı isə paslanmayan metalla üzlənib. ümumilikdə on min kvadratmetrədək üzləmə işləri yerinə yetirilib. Stansiyada yeni materiallardan quraşdırılmış asma tavan müasir işıqlandırma sistemi ilə təchiz olunub. Burada Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Yeni qurulan yerüstü vestibülü, texnoloji və xidməti sahələri havalandıran, su ilə təchiz edən müasir sistemlər quraşdırılıb. Azərbaycanda ilk dəfə kompyuter texnologiyalarından istifadə olunmaqla şüşə-metal konstruksiyalı vestibüldə çoxrəngli müasir, enerjiyə qənaət edən LED tipli işıqlandırma sistemi tətbiq edilib. Bakı Metropolitenində ilk dəfə olaraq stansiyanın vestibülündə yaşıl bağ salınıb.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, stansiyaya girişi asanlaşdırmaq üçün yerüstü nəqliyyat vasitələrinin intensiv olduğu ərazidə piyada keçidləri inşa olunub.
Dövlətimizin başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxıblar.
Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, bu, ilk növbədə metrodan istifadə edən sərnişinlərin və ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə xidmət edir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan birinci və ikinci tunellərdə piyadaların hərəkəti üçün bütün zəruri şərait yaradılıb. Birinci tunelin uzunluğu 140, ikincisinin uzunluğu isə 65 metrdir. Hər iki tunelin eni 6 metrdir. Burada piyadaların hərəkətini tənzimləyən istiqamətverici elektron lövhələr və müşahidə kameraları quraşdırılıb.
Dövlətimizin başçısı stansiyada yaradılmış şəraitdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

