Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Uilfred Martens: Azərbaycan bir nümunədir

Uilfred Martens: Azərbaycan bir nümunədir

05.01.2012 [22:57]

Avropa Xalqları Partiyası Partiyanın sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında məlumat yayıb
Avropa Xalqları Partiyası Partiyanın sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında məlumat yayıb. Məlumatda deyilir ki, Avropa Xalqları Partiyasının sədri Uilfred Martens 4 günlük səfər çərçivəsində Cənubi Qafqaz ölkələri Gürcüstan və Azərbaycanda olub və bir sıra görüşlərdə iştirak edib.
Cənab Uilfred Martens Azərbaycana səfəri zamanı müəllifi olduğu “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimində çıxış edib. Təqdimat mərasimində hökumət nümayəndələri, millət vəkilləri, akademiklər, gənc siyasətçilər və s. iştirak edib. O, həmçinin, YAP - dan olan gənclərə Avropaya inteqrasiya haqqında mühazirə oxuyub. Bundan əlavə, onun Qafqaz müsəlmanlarının Şeyxi, həmçinin, Xristian ortodoks kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə səmərəli görüşləri baş tutub. Səfərin sonuncu günü Uilfred Martens ölkə Prezidenti İlham Əliyev ilə görüşüb.
“Gürcüstana və Azərbaycana səfərim çox məhsuldar oldu. Səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə Şərq Tərəfdaşlığı proqramının gerçəkləşməsinə maraq çoxdur və Avropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir”, - deyə Uilfred Martens bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev ilə çox dəyərli görüşümüz oldu. Biz Avropaya inteqrasiya, Avropa Birliyi ilə əməkdaşlıq, Avropanın enerji təminatında və təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rol və s. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosial və siyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa Birliyi, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olmuşdur”, - deyə Uilfred Martens vurğulayıb.
“Mən müxtəlif dinlərin və onların icmalarının dinc və harmoniya şəklində birgəyaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, Azərbaycan bir nümunədir”, - deyə Uilfred Martens əlavə edib.
Qeyd edək ki, Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin, Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa Birliyinə daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.
Paylaş:
Baxılıb: 977 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30