Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan regional təhlükəsizliyin qorunmasında mühüm rola malikdir

Azərbaycan regional təhlükəsizliyin qorunmasında mühüm rola malikdir

11.01.2012 [16:33]

Prezident İlham Əliyev: 2011-ci ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz mövqelərini möhkəmləndirə bilmişdir
Bu, bir həqiqətdir ki, 20 illik müstəqillik tarixinə malik olan Azərbaycan qısa zamanda böyük uğurlara imza atmaqla yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Bu müddət ərzində respublikamız istər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşlarının hüquq və azadlıqlarının təmin və müdafiə olunması özündə əks etdirən, ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına yol açan siyasətin yürüdülməsinə nail olub. Bütün bunlar isə ölkəmizin siyasi-iqtisadi inkişafı ilə yanaşı, regional təhlükəsizliyin qorunmasında əhəmiyyətli rola malik olmasına şərait yaradıb.
Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən bu siyasi kurs Azərbaycanın Avropa, həmçinin, digər kontingentlər üçün kifayət qədər ciddi partnyor kimi qəbul edilməsində mühüm rol oynayıb. ölkəmiz bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursunun aydın və səmimi olması dünya tərəfindən təqdir edilir. Məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşma prinsipi respublikamızın həm Qərb, həm də Şərq ölkələri ilə eynidərəcəli münasibətlər qurmasına imkan  verir. Hazırda ölkəmizin xarici tərəfdaşlarının sayı günbəgün artır. Yeri gəlmişkən, bu fakt BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyimiz səsvermə prosesində də özünü göstərdi.  Bütün bu nailiyyətlərin əsasında isə Azərbaycanın güclü beynəlxalq imicə malik olması dayanır.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan hər zaman milli maraqlara söykənən müstəqil siyasi kurs yürütməsi ilə seçilib. Bunun nəticəsidir ki, uzun illər erməni yalanlarının, işğalçıların şər, böhtan dolu təbliğatının qarşısında iradə nümayiş etdirən ölkəmiz öz haqq səsini bütün dünyaya çatdıra bilib. Dünya ictimaiyyəti Azərbaycanın ədalətin və həqiqətin bərpası uğrunda mübarizə apardığını anlayıb. Birmənalı şəkildə qeyd etmək olar ki, aparılan məqsədyönlü xarici siyasət Azərbaycanın dünya miqyasında mövqelərinin həddindən artıq möhkəmləndirilməsində başlıca rol oynayıb. Bunun nəticəsində də Azərbaycan dünyanın aparıcı dövlətlərinin yaxın tərəfdaşına çevrilib. Azərbaycanın dünya miqyasında yaxın tərəfdaş kimi qəbul olunmasında ən mühüm şərt ölkəmizin əldə etdiyi iqtisadi inkişaf və siyasi sabitlikdir. Bundan başqa, ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm strateji mövqeyə malik olması, dünyanın enerji təhlükəsizliyində oynadığı rol, hətta böyük ölkələri də Azərbaycana qarşı münasibətdə diqqətli mövqe tutmağa sövq edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib ki, arxada qoyduğumuz il bu baxımdan olduqca uğurlu olub: “2011-ci ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz mövqelərini möhkəmləndirə bilmişdir. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına dair çox vacib Bəyannamə imzalanmışdır. Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin edə biləcək ölkə kimi tanınır. Bizim imkanlarımız artır”.
Bəli, Azərbaycanın artıq neft ixrac etməklə yanaşı, geniş qaz yataqlarına malik olması faktı bir sıra sahələrdə ölkəmizin qarşısında yeni perspektivlər açır. Məhz bu amil Azərbaycanın regional təhlükəsizlikdə oynadığı rolun gələcəkdə daha da dərinləşməsinə şərait yarada bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev məlum təbrik nitqində bildirib ki, 2011-ci ildə aşkar etdiyimiz yeni qaz yataqları və keçən il aşkarlanan qaz yataqlarımız qaz potensialımızı böyük dərəcədə artıra bilib və biz uzun illər bundan sonra böyük qaz dövləti kimi dünyada öz sözümüzü deyəcəyik: “2011-ci ildə bütün lazımi tranzit müqavilələri imzalanmışdır. Artıq Azərbaycan qazını dünyaya müxtəlif yollarla nəql etmək üçün bütün imkanlar vardır. Hesab edirəm ki, 2012-ci ildə bizim zəngin qaz yataqlarımıza yeni böyük investisiyalar qoyulmalıdır. Bir neçə ildən sonra bizim qaz potensialımız ölkəmiz üçün çox böyük dəyər kimi özünü göstərəcəkdir”.
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 891 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30