Ötən il Azərbaycanda müdafiə sənayesi məhsullarının çeşidi və həcmi artıb
10.01.2012 [16:42]
Bu bir həqiqətdir ki, Azərbaycanın artan iqtisadi imkanları müdafiə sənayesi sektoruna da müsbət təsir göstərir. Daha doğrusu, respublikamızın maliyyə imkanlarının genişlənməsi müdafiə sənayesi bölməsinə hökumət tərəfindən ayrılan vəsaitlərin həcminin artırılmasına imkan verir. Elə son illərdə Azərbaycanda müdafiə sənayesinin dinamik inkişafını əsaslandıran hərbi-sənaye sektorunda genişmiqyaslı kompleks islahatların həyata keçirilməsi də sözügedən sahənin dövlətin prioritetlərindən biri olduğunu göstərir. Belə ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına səbəb olub. Həmin müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbitəyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil müasir texnologiyalar istehsal olunur.
Yeri gəlmişkən, ötən il bütün dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda digər sahələr kimi, müdafiə sənayesi sektoru da inkişaf edib. Daha dəqiq desək, 2011-ci il ölkəmizin müdafiə sənayesi sektorunda yaddaqalan dövr kimi səciyyələndirilə bilər. Belə ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyətə başladığı tarixdən bugünədək nazirliyin tabeli birlik və müəssisələrində 40-dan artıq yeni istehsal sahəsi yaradılıb. Bunlardan 10-u isə 2011-ci ildə isifadəyə verilib. Təkcə ötən ildə nazirliyin “Şərq” İstehsalat Birliyinin “AZAD Systems Co” müəssisəsinin, “Cihaz” İstehsalat Birliyinin “Sənayecihaz” Elmi-İstehsalat müəssisəsinin, Bakı “Cihazqayırma” zavodunun, həmçinin, Optika-Mexanika İstehsalat Birliyinin Xaçmaz “Kondensator” zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olub.
Bundan başqa, 2011-ci ilin ilkin nəticələrinə görə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 2010-cu il ilə müqayisədə 2,5 dəfə artıb, çeşidlərinin sayı isə 650-yə çatdırılıb. Müqayisə üçün bildirək ki, görülmüş işlər nəticəsində, 2011-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmində 2007-ci il qeydə alınandan 23 dəfədən çox artım müşahidə edilib. Ən müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğurla sınaqdan keçirilib və istehsalına başlanıb.
Eyni zamanda, nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılıb. Məhz bunun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2011-ci ildə mülki məmulatların istehsal həcmi 1,8 dəfədən çox, 2010-cu illə müqayisədə isə 14 faiz artım müşahidə edilib. İstehsal olunan məhsulların çeşid sayı isə 400-ü keçib.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ilk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan “IDEF-2009” sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan nazirlik ötən ilin dekabrın 12-14-də sayca 7-ci olan Küveytdə keçirilən “Körfəz Müdafiə və Aerospeys” sərgisində 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. İndiyədək MSN-in qatıldığı beynəlxalq sərgilərdə (“IDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010”, “IDEX-2011” və “IDEF-2011”) Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə, “İstiqlal” snayper tüfəngi, “Zəfər” və “İnam” tapançaları sərgidə iştirak edən digər ölkələrin nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanıb.
Hazırda MSN aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətin firma və şirkətləri ilə sıx əməkdaşlıq təmaslarına malikdir.
Bütün bunlar deməyə əsas verir ki, hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda həm də hərbi təyinatlı məhsulların ixracatçısına çevriləcək. Bu fakt, həm də, Azərbaycana daxili potensialı hesabına işğal altında olan torpaqlarını azad etmək imkanını verir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən 2011-ci ildə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm nəticələr verdiyini, bütün sahələrdə olduğu kimi, hərbi bölmədə davamlı inkişafın müşahidə edildiyini vurğulayıb: “Bununla bərabər, biz iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də köklü islahatlar aparırıq. Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi xərclər yenə də artacaqdır. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbiyönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik”.
SEVİNC
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29

