Milli taleyimizdə dönüş yaradan tarix: 3 oktyabr 1993-cü il...
03.10.2023 [10:00]
1993-cü il 3 oktyabr tarixi Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçildiyi gündür. Həmin gün insanlar səhər tezdən seçki məntəqələrinə, sözün əsil mənasında, axın etdilər. Bütün ölkə üzrə vətəndaşların yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 98 faizdən çoxu (98.84 faiz ) Heydər Əliyevə verilmişdi. Bu, seçicilərin, xalqın Azərbaycanı idarə etməyə Heydər Əliyevdən başqa heç kimi layiq görmədiklərinin ifadəsi idi.
Xilaskarlıq missiyası
Heydər Əliyevin 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi əslində bir xilaskarlıq missiyası idi. O dövrə qısa ekskurs edək. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. 1992-ci ilin yazında respublikamızda qanuni hakimiyyəti zorla devirərək iqtidara gələn AXCP- “Müsavat” cütlüyü cəmi bir il ərzində Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. Gəncədə ilk qardaş qanı axıdılmışdı. Belə çətin dönəmdə xalq üzünü Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə tutaraq təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durulmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırılmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı.
Lider xoşbəxtliyi və məsuliyyəti
Seçicilərin mütləq əksəriyyətinin səsini qazanmaq müdrik dövlət xadimi olan Heydər Əliyev üçün yalnız bir lider xoşbəxtliyi deyildi. O, keçdiyi şərəfli həyat yolunda belə sevincli anları çox yaşamışdı. O, sevimli xalqının etimadını qazanmağı Özü üçün həqiqətən böyük xoşbəxtlik sanırdı. Xalqın inamı, dəstəyi Onun üçün daha çox məsuliyyət demək idi.
Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı. Heydər Əliyev andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı. O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. İlk növbədə ölkədə anarxiyanın ram edilməsinə, vahid komandanlığa tabe olan ordunun formalaşdırılmasına başlanıldı. Dövlətçiliyin möhkəmlənməsini hədəfləyən zəruri qərarlar imzalandı. İslahatların anonsu verildi. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında əlamətdar hadisə yaşandı. Ulu Öndər böyük səylər göstərərək beynəlxalq səviyyədə respublikamıza qarşı yaranan inamsızlığı aradan qaldırmağa və transmilli şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.
Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində xaosdan, anarxiyadan qurtulan Azərbaycan böyük yolun başlanğıcında idi. Bir-birinin ardınca görülən işlər, “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün son dərəcə möhkəm təməllər yaratdı.
Onun ən böyük arzusu gerçəkləşdi
Ulu Öndərin ən böyük arzusu ötən əsrin doxsanıncı illərinin əvvəllərində düşmənin ölkəmizdəki hərc-mərclikdən istifadə etməklə və xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə işğal altına aldığı torpaqların geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası idi. Onun böyük səyləri ilə 1994-cü ilin mayında atəşkəskəsin əldə olunması ilə Azərbaycan özünə gəlmək, güc toplamaq, mütəşəkkil ordu qurmaq imkanı qazandı.
Sonrakı mərhələdə Ulu Öndərin əsasını qoyduğu bu kimi işləri onun ən layiqli siyasi varisi olan Prezident İlham Əliyev uğurla davam etdirdi. Azərbaycan üç il bundan əvvəl şanlı Zəfərə imza ataraq düşməni 44 günlük müharibədə diz çökdürdü və ərazi bütövlüyünə nail oldu. Respublikamızın 2023-cü il sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı əməliyyatın nəticəsi olaraq isə suverenliyimiz bütün Qarabağ bölgəsində tam təmin olundu. Bunun respublikamızda “Heydər Əliyev İli”ndə baş verməsi həm də böyük rəmzi məna daşıyır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

