Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olub
24.01.2012 [00:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib.
Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”nə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyevi “Qəbullar evi”ndə Rusiya Prezidenti Dmitri Medvedev qarşılayıb.
Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü olub.
Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan dövlətinin başçısını salamlayaraq deyib: “Hörmətli İlham Heydər oğlu, Sizi ürəkdən salamlayıram. Şadam ki, Soçidə bizim qış görüşləri ənənəsi davam edir. Bu, həm də Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi barədə fikir mübadiləsi aparmaq, gələcək haqqında söhbət etmək və keçən il baş verənləri qiymətləndirmək üçün yaxşı imkandır. Ona görə ki, bizim müəyyən nəticələrimiz vardır. Hesab edirəm ki, bunlar yaxşı nəticələrdir. Həm iqtisadi, həm də humanitar baxımdan bir neçə çox vacib, ciddi tədbirlər keçirilmişdir. Əlbəttə, regionumuzda vəziyyətin necə inkişaf etməsini də nəzərdən keçirməliyik. Biz Qafqazla çox sıx bağlı olan dövlətlərik. Buna görə də, biz Qafqaz regionunda, eləcə də, dünyanın bizə yaxın olan bəzi başqa regionlarında baş verən hadisələrə laqeyd deyilik. Əlbəttə, bizim üçtərəfli, Ermənistan prezidentinin iştirakı ilə görüşümüz də çox vacibdir. Son illərdə bu cür görüşlərin sayı yetərincə çox olmuşdur. Biz bəzi məsələlərdə irəliləmişik, bəzi məsələlərdə isə, yəqin ki, hələ də ciddi çətinliklər qalır. Lakin mən hesab edirəm ki, bu, faydalı dialoqdur. ümid edirəm ki, bu cür əlaqələr gələcəkdə də davam edəcəkdir. Sizi bu qarlı havada Soçidə bir daha ürəkdən salamlayıram. ümid edirəm ki, Siz burada ünsiyyət saxlamaqla bərabər, həm də bir qədər dincələ biləcəksiniz”.
Prezident İlham Əliyev dəvət üçün minnətdarlığını bildirərək deyib: “Məni Soçiyə səfərə dəvət etməyinizə görə çox sağ olun, Dmitri Anatolyeviç! Bu, həqiqətən də çox yaxşı ənənədir. Bu, görüşməyə, ünsiyyət saxlamağa imkan verir, hərçənd bizim görüşlərimiz yetərincə intensiv xarakter daşıyır, elə keçən ay da Moskvada görüşmüşdük. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və ruhu, onların dinamizmi, daimi məsləhətləşmələr və bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq potensialının artması da bunu əks etdirir. Mən razıyam ki, keçən il bizim ikitərəfli işlərimiz də çox uğurlu olmuşdur: qarşılıqlı siyasi əlaqələr möhkəmlənmiş, yeni təşəbbüslər irəli sürülmüşdür, əmtəə dövriyyəsinin artımı on faizlərlə ölçülür, onun strukturu yaxşılaşır. İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışı üzrə səylərinizi davam etdirdiyinizə görə də Sizə təşəkkür etmək istəyirəm. çoxlu görüşlər keçirilmişdir. Sizin qeyd etdiyiniz kimi, ümidverici məqamlar da, bədbinlik hissini gücləndirən məqamlar da olmuşdur. Lakin proses davam edir və Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik hissi aşılayır. Regionda sülhün bərqərar olması üçün Azərbaycan bu münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır. Bu fürsətdən istifadə edərək şəxsən Sizə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsində Rusiya tərəfindən göstərilmiş dəstəyə görə bir daha təşəkkür etmək istərdim”.
Dmitri Medvedev: Sizi bir daha təbrik edirəm.
İlham Əliyev: çox sağ olun. Bu dəstək çox effektiv, səmərəli, səmimi olmuşdur və biz - həm Azərbaycan rəhbərliyi, həm də ölkəmizin ictimaiyyəti bu münasibətə görə çox minnətdarıq. Sizi əmin etmək istəyirəm ki, biz qarşıdakı iki ildə Təhlükəsizlik Şurasında Sizinlə sıx qarşılıqlı əlaqədə işləyəcək və bizi dəstəkləmiş bütün ölkələrin, - onların sayı 155-dir, - ümidlərini doğrultmağa çalışacağıq. Bu imkana görə bir daha təşəkkürümü bildirir və ümid edirəm ki, 2012-ci il də bizim münasibətlərdə çox uğurlu olacaqdır.
Dmitri Medvedev: Biz də buna çox ümid edirik.
Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanıb.
Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Miller imzalayıblar.
Dünən Soçidə, “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.
Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının Prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər. üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq, indiyə qədər görülmüş iş hesaba alınmaqla, Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.
Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq, münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.
Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.
Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər”.
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş birgə görüşündən sonra dövlət başçıları Dağ Xizəksürmə Mərkəzində olublar.
Dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev mərkəzdə xizək sürüblər.
Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan birgə nahar ediblər.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

