Ötən il inflyasiya birrəqəmli səviyyədə qalıb
25.01.2012 [00:57]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2011-ci ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətinə çevirib. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb.
Qeyd etmək lazımdır ki, 2011-cı ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Yəni, ötən ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərlə nisbətdə daha yüksək faizlə inkişafının müşahidə olunması ilə xarakterizə oluna bilər. Kənd təsərrüfatı, sənaye, informasiya kommunikasiya sektorunda inkişaf qeydə alınıb. Bütövlükdə, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artıb. Sənaye istehsalı isə neftin hasilatının aşağı düşməsi ilə əlaqədar olaraq 5 faiz azalsa da, qeyri-neft sənayesində 11,1 faiz artım qeydə alınıb.
ümumiyyətlə, Azərbaycan hökuməti bütün sahələrdə iqtisadi fəallığı artırmağa nail olub. 2011-ci ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr də uğurla icra edilib. ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. İnflyasiya 8 faiz civarında müşahidə edilib. Bu rəqəm ilin əvvəllərində müxtəlif tərəflərin inflyasiyanın 2 rəqəmli olacağına dair proqnozlarının yanlış olduğunu bir daha təsdiqləyib. Əhalinin pul gəlirləri isə 19,6 faiz artaraq, qeydə alınan inflyasiya həddindən 2,5 dəfə çox olub.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib: “İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir. İnflyasiya birrəqəmli olduğu təqdirdə biz hesab edirik ki, bu, müsbət nəticədir. Əhalinin pul gəlirləri isə 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. Əhalinin pul gəlirləri 2,5 dəfə çoxdur. Bu, iqtisadi inkişafımızı göstərən əsas makroiqtisadi göstəricilərdir”.
900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb
Heç şübhəsiz ki, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının hər birinin yaşayış səviyyəsinin daim yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırıb. Bu əsaslara söykənərək ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub. Bu baxımdan, 2011-ci il Azərbaycanın sığorta-pensiya sisteminin inkişafı tarixində əlamətdar dövrlərdən biri kimi yadda qalıb. Belə ki, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib. 2009 və 2010-cu ildə isə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi analoji şəkildə 75-85 manat təşkil edib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq: “Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir”.
ötən ilin ən böyük sosial tədbirlərindən biri də ölkəmizdə yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin aradan qaldırılması barədə Prezidentin verdiyi tapşırığın icrası olub. Nəticədə, 898 min 952 nəfərin pensiyası orta hesabla 40 faiz artırılıb, həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənilib. Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilib, yəni, hər bir şəxsin əmək stajına uyğun olaraq pensiyasının sığorta hissəsi formalaşdırılıb. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin bütün pensiyaçılara şamil olunması deməkdir. Beləliklə də, köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə yeni pensiya sisteminə inteqrasiyasının hələ də açıq qaldığı bir şəraitdə, ölkəmizdə bu problem tam həllini tapıb. Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaq ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir.
Bundan əlavə, 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub, həmçinin, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb ki, bu da 5 min 900 nəfərə yaxın alimi əhatə edib.
Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin üDM-ə nisbəti də artıb və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, həmin göstərici 2003-cü ildə 3,9 faiz olub. Qlobal maliyyə böhranının təsirinin davam etdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü halda, 2011-ci ildə, ilkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz artaraq 2 milyard 120 milyon manat təşkil edib.
Minimum və orta aylıq əməkhaqları artırılıb
Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradıb. Bir sözlə, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasını əsaslandırıb. Makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın davamlılığı maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradılıb. 2011-ci ildə əhalinin pul gəlirləri 20 faiz artıb. ötən il sosial-iqtisadi siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılan uğurlu addımlardan biri də dekabrın 1-də minimum aylıq əməkhaqqının artırılması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması olub. Sərəncama əsasən, ölkə əhalisinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 10 faiz artırılaraq 93,5 manat müəyyən edilib. Orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq, 359,3 manata (460 dollar) yüksəlib. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə görə, Azərbaycan orta aylıq əməkhaqqının məbləğinə görə MDB-yə daxil olan ölkələr arasında birincilərdəndir. Müqayisə üçün deyək ki, orta aylıq əməkhaqqı Rusiyada - 752 dollar (23,1 min rubl), Qazaxıstanda 630 (93,1 min təngə), Ukraynada 338 (2,7 min qrivin), Ermənistanda 298 (113,5 min dram), Moldovada 274 (3,2 min ley), Belarusda 233,5 (1,9 mln. rubl), Qırğızıstanda isə 206,5 dollar (9,4 min som) təşkil edib.
Qeyd etmək lazımdır ki, ölkədə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasət, həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə xidmət edir. Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır. Bu tendensiya ötən ildə də müşahidə olunub.
ötən il işsizliyin səviyyəsinin azaldılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2011-ci ildə ölkəmizdə 94 min yeni iş yeri açılıb ki, onun da 73 mini daimi iş yeridir. ümumilikdə, respublikamızda son 8 ildə bir milyondan artıq yeni iş yeri açılıb ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. İşsizliklə paralel olaraq, ötən il yoxsulluğun aşağı düşməsi müşahidə olunub. Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılıb. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7 faizdən 2011-ci ildə 7,6 faizə düşüb. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə artırılması ilə yanaşı, yoxsul əhalinin sayı kəskin surətdə azalıb. “Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaq.
Sözügedən iclasda çıxışı zamanı dövlət başçısı göstəricilərin müsbət və ümidverici olduğunu və 2012-ci ildə yeni nailiyyətlərin əldə ediləcəyinə əminliyini bildirib: “Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır”.
Təsadüfi deyil ki, Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB-” investisiya reytinqi səviyyəsinə çatdırıb, reytinq üzrə proqnozunu isə “sabit” saxlayıb. “Fitch Ratings” və “Moody’s” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olub. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci yerləri tutur.
öz növbəsində ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən 2011-ci ildə əhalinin sosial müdafiəsinin təminatı və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatları və onların nəticələrini yüksək qiymətləndiriblər.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əsabil Qasımov bildirib ki, ötən il respublikamızın iqtisadi, siyasi, sosial, elmi, humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub: “ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, dinamik artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və ölkədə maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınıb, inflasiyanın səviyyəsi ötən ilin əvvəli ilə müqayisədə aşağı düşüb”.
Onun sözlərinə görə, miqyası baxımından bütün ölkə ərazisini əhatə edən inkişaf konsepsiyası sosial proqramların genişlənməsi və əhalinin yaşayış imkanlarının hədsiz dərəcədə yaxşılaşmasına görə əhəmiyyət daşıyır: “ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır. Bütün bunlar isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılmasına şərait yaradır”.
Azərbaycan Sosial Rifah partiyasının sədri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı bütün dünyada maliyyə böhranının tüğyan etdiyi bir şəraitdə Azərbaycanda qeyri-neft sektoru üzrə təxminən 10 faiz artımın qeydə alınmasını müsbət göstərici kimi dəyərləndirib. Millət vəkili bildirib ki, Azərbaycanda iqtisadiyyatın və sosial həyatın bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinə əməl olunur: “ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapıb. Bu problemlərin həllindəki misilsiz nailiyyətlərin əsas məğzi bu üstünlüyün həm sosial, həm də iqtisadi proseslərin bir-biri ilə istər səmərəli, istərsə üzvi surətlə əlaqələndirilməsinin təşkilindən ibarətdir. ölkəmizin təbii iqtisadi resurslarının 20 faizinin işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün həyat tərzinin yaxşılaşdırılması problemləri ilə üz-üzə dayandığı, dünyada qlobal iqtisadi-maliyyə böhranlarının hökm sürdüyü şəraitdə sürətli inkişaf tempini, əldə etdiyi nailiyyətləri, inflyasiyanın bir rəqəmli saxlanmasını XXI əsrdə tez-tez eşidilən “Uğur modeli”nin əsl möcüzəsi adlandırmaq olar”.
Onun sözlərinə görə, əhalinin həyat şəraitinin, sosial təminatının yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər yoxsulluğun və işsizliyin səviyyəsinin azalmasını şərtləndirir: “Hazırda klassik bazar iqtisadiyyatı ölkələrinin bəzilərində belə işsizlik Azərbaycandan bir neçə dəfə yüksəkdir. Prezidentin son müşavirədə söylədiyi fikirlər isə Azərbaycan ictimaiyyətində böyük maraq doğurmaqla, həm də 2012-ci ilin ölkəmiz üçün daha uğurlu olacağına ümidi artırır”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58

