Ötən il Azərbaycanda 94 min yeni iş yeri açılıb!
26.01.2012 [01:38]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töfhələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişafı yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi, həmçinin, iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb.
Qeyd etmək lazımdır ki, 2011-ci ildə iqtisadi artımın strukturu əvvəlki illərdən fərqli olub. ötən ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Yəni, 2011-ci ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrin əvvəlki illərlə nisbətdə daha yüksək faizlə inkişafının müşahidə edilməsi ilə xarakterizə oluna bilər. Bütövlükdə, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz, o cümlədən, kənd təsərrüfatı 5,8, informasiya və rabitə xidmətlərinin həcmi 11,8 faiz artıb. Sənaye istehsalı isə neftin hasilatının aşağı düşməsi ilə əlaqədar olarq 5 faiz azalsada, qeyri-neft sənayesində 11,1 faiz artım qeydə alınıb.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə sənayenin çəkisi də artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri sözügedən sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
ümumiyyətlə, 2011-ci ildə respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr də uğurla icra edilib. ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Bütün bunlar isə öz növbəsində ölkədə yeni iş yerlərinin açılması və işsizliyin azalmasına birbaşa təsir edib.
Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kordinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradıb. Bir sözlə, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasını əsaslandırıb. Makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın davamlılığı maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradıb. ötən il, əhalinin pul gəlirlərində artım 20 faizə çatıb. Minimum aylıq əməkhaqqının məbləği 10 faiz, orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq analoji olaraq 93,5-359,3 manata yüksəlib.
Qeyd etmək lazımdır ki, ölkədə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində aparılan siyasət həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşığı düşməsinə xidmət edir. Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır. Bu tendensiya ötən ildə də müşahidə olunub. ötən il davam edən qlobal maliyyə böhranı ABŞ və bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda işsizliyin səviyyəsinə ciddi təsir göstərməyib. Əksinə, Azərbaycanda işsizliyin səviyyəsi azalıb. İşsizliklə paralel olaraq, ötən il yoxsulluğun səviyyəsi 44,7 faizdən dəfələrlə aşağı düşüb.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bir daha təsdiq edib ki, ötən il respublikamızda 94 min yeni iş yeri açılıb ki, onun 73 mini daimi iş yeridir: “Bütövlükdə biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir”.
Qeyd etmək lazımdır ki, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infranstrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin, bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilib, 100-dək sənaye müəssisəsinin tikintisi isə davam etdirilir. Bu sənaye müəssisələri arasında Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və Sənaye qazları istehsalı, eləcə də Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza istehsalı zavodlarının xüsusi çəkisi var. Həmçinin, “Qaradağ Sement” zavodunun yenidən qurulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma, Günəş Panelləri, “Xovlu İplik”, Gübrə zavodlarının və digərlərinin tikintisi isə davam etdirilir. Bu nailiyyətlərin əldə olunması isə dövlət proqramlarının, xüsusilə, Azərbaycanın strateji inkişafına təsir göstərən regional inkişaf proqramlarının mühüm rolu var. İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib, hazırda isə 200-dən çox müəssisə tikilməkdədir.
Həmçinin, müasir standartlara cavab verən, yeni texnoloqiyalarla təchiz edilən səhiyyə ocaqları əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir edib. 2001-ci illə müqayisədə 2011-ci ildə bu sahəyə ayrılan vəsaitin təxminən 12 dəfə artması səhiyyə müəssisələrində çoxsaylı təmir və tikinti işlərinin aparılmasına və müasir səviyyədə təchizatına imkan verib. Yalnız son 5 ildə 400-dən artıq tibb müəssisəsi yeniləşərək istifadəyə verilib. Hətta, ötən ilin sonları səhiyyə obyektlərinin açılışları ilə yadda qalıb. Belə ki, Respublika Diaqnostika Mərkəzi, Bakıdakı Uşaq Nevroloji Xəstəxanası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Xəzər rayonundakı 35 saylı Kardiorevmatoloji sanatoriya, Xətai rayonundakı 2 saylı Uşaq poliklinikası, Nizami rayonundakı 19 saylı Uşaq poliklinikası, Binəqədi rayonu 28 may qəsəbəsində həkim məntəqəsi, Qaraçuxur qəsəbəsində 15 saylı BŞX-nin poliklinikasının və Psixi sağlamlıq mərkəzi, həmçinin, Daşkəsən Mərkəzi Rayon xəstəxanası və Şirvan Mərkəzi Rayon Xəstəxanasının Mərkəzi Poliklinika şöbəsi müasirləşən tibb ocaqlarının sırasına daxil olub.
Sözügedən iclasda çıxışı zamanı dövlət başçısı sosial obyektlərin tikintisini, infrastruktun yenilənməsi prosesinin davam etdiyini vurğulayaraq bu istiqamətdə işləri yüksək qiymətləndirib: “ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etmişdir. 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət ocaqları tikilir və təmir edilir. Yəni, biz bu quruculuq işlərini hər yerdə, o cümlədən, bölgədə görürük. Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır”.
Eyni zamanda, energetika sənayesinin inkişafı, o cümlədən, alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində işlərin görülməsini zəruri edib. Görülən tədbirlər innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaq.
öz növbəsində ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə əhalinin sosial müdafiəsinin təminatı və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatları, həmçinin, onların nəticələrini yüksək qiymətləndiriblər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev deyib ki, bu gün sosial-iqtisadi inkişafın Azərbaycan modeli anlayışı aktual müzakirə predmetinə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin edib. Xüsusilə, 2008-ci ilin yarısından başlayan dünyada maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, sosial sahədə əhalinin rifah halının yaxşılaşmasına xidmət edən islahatların həyata keçirilməsi bir daha göstərir ki, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan daxili siyasətdə iqtisadiyyatın şaxələndirilməsi son nəticədə regionların, qeyri-neft sektorunun inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verir. Prezidentin son müşavirədə qeyd etdiyi kimi, ölkəmizdə ötən il 73 mini daimi olmaqla 94 min yeni iş yerinin açılması bu inkişafın təcəssümüdür. Qeyd edim ki, 2003-cü ildən bu günədək ölkəmizdə 1 milyondan çox yeni iş yerinin açılması əhalinin məşğulluq səviyyəsinin artmasını təmin edib. Gəncəni təmsil edən millət vəkili kimi deyə bilərəm ki, Prezident İlham Əliyevin ötən həftə Gəncə şəhərinə səfəri çərçivəsində 2 böyük - 2000-dən çox iş yeri tutumlu müəssisənin - Gəncə alüminum zavodu və istehsalat sexinin açılışı bu istiqamətdə atılan növbəti addımlardan biridir. Səfərdən sonra dövlət başçısı Gəncənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə, Prezidentin ehtiyat fondundan 5 milyon manat ayırıb ki, bu vəsaitin də çox hissəsi məhz yeni iş yerlərinin açılmasına sərf ediləcək. Onu da qeyd edim ki, iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, iş yerlərinin davamlı və istehsalyönümlü olması təkcə iqtisadi siyasət deyil, həm də sosial siyasətdir. Bu isə öz növbəsində, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır”.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının sözlərinə görə, ilin əvvəlində keçirilən müşavirə bir daha Azərbaycanın sürətli iqtisadi inkişafının real nəticələrini göstərdi: “İstər ümumi Daxili Məhsulun (üDM) artması, istər qeyri-neft sektorunun inkişafı, istərsə də əhalinin məşğulluq səviyyəsinin artması bəhs olunan inkişafın başlıca göstəriciləri qismində dəyərləndirilməlidir. Bu da onu sübut edir ki, qlobal maliyyə böhranının təzahürlərinə baxamayaraq, Azərbaycanın sürətli iqtisadi inkişafı davam edib. 2011-ci ilin göstəricilərinin əsasında demək olar ki, ölkəmizdə bütün sahələrdə paralel inkişaf var. Paytaxt Bakıda və regionlarda reallaşdırılması nəzərdə tutulan sosial proqramlar vaxtında icra edilib”.
Millət vəkili bildirib ki, yeni iş yerlərinin açılması əhalinin məşğulluq səviyyəsini təmin etməklə yanaşı, vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edən mühüm amillərdəndir: “Əhalinin məşğulluğunun təmin edilməsi təkcə onların maddi durumunun yaxşılaşdırılması demək deyil. Bu, həm də hər bir vətəndaşın sosiallaşmasına, sosial normaları mənimsəməsinə mühüm töhfələr verən əhəmiyyətli faktordur”.
Millət vəkili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva isə söyləyib ki, dünyanın bir sıra güclü dövlətlərinin qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda, Azərbaycanda yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması və insanların əməkhaqlarının mütəmadi olaraq artırılması dövlətimizin siyasi-iqtisadi kursunun məqsədyönlü, düzgün və praqmatik olduğunu göstərir: “Əlbəttə ki, Azərbaycan dövlətinin sosial siyasətində əsas istiqaməti insan amili təşkil edir. ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etməsi, bu sferanın iqtisadiyyatımızda önəmli pay sahibi olması insanların rifah halının yüksəlməsinə gətirib çıxarıb. Yeni iş yerlərinin açılması da sözügedən prosesin məntiqi nəticəsidir. Milli sosial dövlət modelimizin əsas sütunlarını məhz, insanların daimi iş yerlərilə təmin edilməsi, maaş və pensiyaların yüksək olması təşkil edir. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası zamanı sosial məsələlərə daha böyük diqqət ayrılacaq, iş yerlərinin sayı çoxalacaq, maaş və pensiyalar daha da yüksək olacaq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59

