/ / 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
07.02.2012 [12:37]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qaldı. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına səbəb olub. Dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, ölkəmiz sosial-iqtisadi inkişaf yolunda uğurlu addımlar atıb. Belə ki, ötən il iqtisadi qüdrətinə görə dünyanın supergücləri olan ən inkişaf etmiş dövlətlər üçün qlobal maliyyə və iqtisadi böhranın yenə də davam etməsi və iqtisadi artım templərinin azalması, işsizliyin artması ili kimi xarakterizə olunsa da, 2011-ci il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial inkişaf dövrü kimi yadda qalıb.
Bir sözlə, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2011-ci ili bütün sahələrdə yüksək inkişaf göstəriciləri ilə başa vurmasına səbəb olub. ümumiyyətlə, 2011-ci ildə də respublikamızda nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr uğurla icra edilib, ölkəmizdə bütün investisiya proqramları vaxtında yerinə yetirilib. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar, istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Həmçinin, makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın davamlılığı maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradıb. ötən il əhalinin pul gəlirlərində artım 20 faizə çatıb. Minimum aylıq əməkhaqqının məbləği 10 faiz, orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq, analoji olaraq 93,5 və 359,3 manata yüksəlib.
Vurğulamaq lazımdır ki, ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə dövlətin diqqət mərkəzindədir. ötən il dekabrın 6-da Milli Məclis (MM) tərəfindən qəbul olunan 2012-ci il dövlət büdcəsi haqqında qanunda sosial xərclərə ayrılan vəsait bunu bir daha təsdiq edir. Qeyd edək ki, qanun layihəsi hazırlanarkən Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiyayönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, 2011-ci ildə müşahidə olunan inkişaf tendensiyasının cari ildə də davam etdirilməsi üçün konkret proqramlar üzrə fəal işlər görülməlidir: “Bütün proqramlar vaxtında icra edilməlidir. Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə, strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir”.
2012-ci ilin dövlət büdcəsinin xərcləri, respublikamızın müstəqillik tarixində ən böyük göstərici olmaqla, təxminən 22 milyard dollara bərabərdir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Onu da qeyd edək ki, 2012-ci il dövlət büdcəsinin 30 faizi sosial xərclər üçün nəzərdə tutulub.
Daha dəqiq desək, 2012-ci ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinə də xüsusi diqqət yetirilib. Belə ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün 2012-ci ilin dövlət büdcəsindən 1781,6 milyon manatın ayrılması planlaşdırılıb. Bu, ötən ilin proqnozları ilə müqayisədə 169,8 milyon manat (10,5 faiz), 2010-cu ilin faktiki icrası ilə müqayisədə isə 658,6 milyon manat (58,7 faiz) çoxdur. 2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə həyata keçirilən sosialyönümlü ödənişlərin, 438,6 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə həyata keçirilən sosial tədbirlərin maliyyələşməsinə yönəldiləcək. Qaçqın və məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması və onların istifadə etdikləri kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə büdcədən 201 milyon manatın ayrılması planlaşdırılıb.
ümumiyyətlə, Azərbaycanın 2012-ci il dövlət büdcəsinidə əməkhaqlarının artırılması üçün 800 milyon manatın ayrılması nəzərdə tutulub. Həmçinin, bir sıra təqaüdlər və müavinətlərin də artırılması gözlənilir. Pensiya təminatı sahəsində də məbləğ kəskin artırılıb.
Onu da vurğulayaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2012-ci il üçün yaşayış minimumu 108 manat həcmində götürülüb. Yaşayış minimumu əmək qabiliyyətli insanlar üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat olacaq. Cari il üçün ehtiyac meyarının həddi isə 84 manat səviyyəsində müəyyənləşdirilib. Bu da ötən illə müqayisədə 9 manat çoxdur. Gələcəkdə isə ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsi də gözlənilir.
Beləliklə, deyilənlər bir daha təsdiq edir ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və yaxşı həyat şəraitinin təmin olunmasına yönəlib.
Eyni zamanda, 2012-ci ildə dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait nəzərdə tutulub ki, bu, 2011-ci ildə sözügedən sahələrə ayrılan vəsaitin ümumi həcmindən 421 milyon manat çoxdur. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2012-ci ildə də sözügedən sahədə tikinti, təmir və bərpa işlərinin davam etdiriləcəyini qeyd edib: “2012-ci ildə sosial infrastrukturun tikintisi həm Bakıda, həm bölgələrdə davam etdiriləcəkdir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri inşa ediləcəkdir. İndi 10 olimpiya kompleksi tikilir. üç kompleksin tikintisi üçün hazırlıq işləri gedir. Uşaq bağçaları təmir edilməlidir və onların sayı artırılmalıdır. Müvafiq göstərişlər verilibdir. Hesab edirəm ki, 2012-ci ildə bu sahədə də ciddi dönüş yaradılacaqdır, həm şərait, həm təminat yaxşılaşdırılacaqdır”.
Sözügedən müşavirədə çıxışı zamanı dövlət başçısı ötən il əldə olunan iqtisadi inkişaf və maliyyə vəsaiti hesabına 2012-ci ildə sosial ödəmələr, sosial proqramlar və böyük infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini vurğulayıb: “Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir”.
Yeri gəlmişkən, məsələyə münasibət bildirən millət vəkili Kamilə Əliyeva deyib ki, insan amilinin mühüm yer tutduğu Azərbaycan dövlətinin sosial siyasəti artıq dünya ölkələri üçün bir mütərəqqi nümunədir: “Bunu həm çoxpilləli, ardıcıl və dinamik şəkildə həyata keçirilən sosial siyasət, həm də sosial sahənin daha sürətli inkişafı üçün ayrılan maliyyə vəsaitinin çoxluğu təsdiqləyir. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında dövlətin iştirak payının böyük olması, məhz, bu sahənin daha güclü olmasına gətirib çıxarıb. Dövlət özü sosial xidmətləri istehsal edir, sosial layihələrə maliyyə ayırır, insanların sosial-maddi rifahının yüksəldilməsi üçün ardıcıl addımlar atır. Düşünürəm ki, gələcək illərdə də Azərbaycan dövləti sosial sahənin intensiv inkişafı üçün əhəmiyyətli addımlar atacaq. çünki Azərbaycan sosial rifah dövləti kimi insanlarını düşünür”.
Millət vəkili Sədaqət Vəliyeva isə vurğulayıb ki, sosial sferaya böyük ayırmaların edilməsi Azərbaycanın sosial rifah dövləti kimi, onun təbiətindən irəli gəlir: “Hər kəs bunun şahididir ki, bu gün Azərbaycanda böyük sosial layihələr icra edilir. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət obyektləri tikilir və ya yenidən qurulur. Statistik rəqəmlərə görə, həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsində Azərbaycanda 3000-ə yaxın məktəb inşa edilib və təmir olunub. Təkcə bu rəqəm onu isbatlayır ki, Azərbaycan dövləti sosial sahəyə böyük diqqət ayırıb və onun sürətli inkişafı üçün bütün lazımi addımları atır”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə söyləyib ki, dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda sosial layihələrin icrasına böyük maliyyə vəsaitinin ayrılması dövlətimizin qüdrətinin göstəricisidir: “Qlobal böhranın nəticəsi olaraq, Yunanıstan, İtaliya, İspaniya və Avropanın digər inkişaf etmiş ölkələrində iş yerlərinin ixtisara, sosial layihələrin icrasının təxirə salınması və sosial hərəkətlərin vaxtında yerinə yetirilməməsi fonunda Azərbaycanda irimiqyaslı sosial layihələrin maliyyələşdirilməsi və maaşların, pensiyaların artırılması dövlətimizin qüdrəti və Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin səmərəliliyindən xəbər verir. İqtisadiyyatın inkişafından əldə olunan kapitalın cəmiyyətin bütün sferalarının inkişafı üçün bərabər şəkildə bölüşdürülməsi, göründüyü kimi, öz bəhrəsini verir. Əminəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası nəticəsində cəmiyyətimizin bütün sahələri daha sürətli inkişaf edəcək və Azərbaycan dinamik tərəqqi nümayiş etdirən inkişaf etmiş ölkələrin sırasına daxil olacaq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

