Sülh naminə...
16.11.2023 [10:12]
Bakının təkliflərinə müsbət cavab verilməlidir!
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi regionun qarşısında dayanan ən mühüm prioritetdir. 30 ilə yaxın davam etmiş işğal faktının ortadan qalxması, Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etməsi faktının fonunda bölgənin yeni siyasi-iqtisadi mərhələyə keçməsi üçün mühüm zəmin yaranıb. Bunun üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməli, Azərbaycanın sülhə və əmin-amanlığa hədəflənən şərtlərinə razı olmalıdır. Artıq iki ilə yaxındır ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi məhz Ermənistanın qeyri-adekvat mövqeyi səbəbindən nəticə tapmayıb. Xüsusilə, son lokal antiterror tədbirlərinin ardından Ermənistanın siyasi rəhbərliyinin bəzi tribunalarda “sülh” mesajları verməsi qeyri-səmimi xarakter daşıyır. Çünki “sülh” mesajı verən ölkə görüntüsü yaradan Ermənistan özü bu gün sülhün ləngiməsində əsas rol oynayır.
Top indi Ermənistanın meydançasındadır
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib ki, sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir. “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır!”- deyə Hacıyev vurğulayıb.
Azərbaycan sülhə hazırdır...
Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Ermənistan ilə Azərbaycan arasında baş tutan son görüşlərdə əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda - Azərbaycanın Qarabağdakı terrorçuları zərərsizləşdirməsinin ardından isə bu, daha real görünür. Qeyd edək ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi siyasi razılaşmalar üçün mühüm baza sayıla bilər. Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik.
Ermənistanın mövqeyi adekvat deyil...
Ermənistanın son davranışları isə bunu istisna edir. İlk növbədə İrəvanın Fransanın apardığı çirkin siyasətin əsas alətinə çevrilməsi, regiona yönəlik təhdidlər üçün körpü rolunu oynamağa çalışması Ermənistanın sülhün manipulyasiyası ilə məşğul olduğunu deməyə əsas verir. Məsələn, baş nazir Paşinyanın VI Paris Sülh Konfransı zamanı səsləndirdiyi “3 prinsip” əslində əsassız olduğu qədər gülüncdür - axı, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb, bu məsələdə əsas istinad nöqtəsi kimi Alma-Atı bəyannaməsinin götürüldüyü təsdiqlənib. Ortada kommunikasiyaların açılması məsələsi dayanır ki, bu da Ermənistanın yerinə yetirmədiyi öhdəliyidir. Bu mənada, Ermənistanın addımları bu günün rakursundan vaxt uzatmağa, ləngitməyə xidmət etməsi ilə diqqət çəkir.
Halbuki Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Ermənistan həm də yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalmaq təhlükəsi yaşayacaq - Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr isə ümumən regiona yeni inkişaf tempi qazandırmaqdadır. Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə “israrlı olarsa”, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə yol aça bilər. Ermənistan dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması bu gün daha çox onların marağında olan məsələdir - sosial problemlərin girdabında əzilən, maddi imkanları olmayan Ermənistan konstruktiv mövqeyinin qarşılığında regionun ümumi mənzərəsinə, ruhuna uyğun inkişaf yoluna qədəm qoymaq şansı əldə edəcək. Rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi aktoru kimi qəbul olunur və sülhün imzalanması Ermənistanın da regional və qlobal əməkdaşlıq platformalarında iştirakını təmin edəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

