Azərbaycan - İraq: Əməkdaşlıqda yeni səhifə
22.11.2023 [10:22]
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu multiregional səciyyə daşıyır. Respublikamız region və Avropa İttifaqı məkanına daxil olan ölkələrlə əlaqələri dərinləşdirməklə yanaşı, geniş İslam coğrafiyasında həmrəyliyin möhkəmlənməsində də mühüm rol oynayır. Bu da Azərbaycan dövlətinin xalqımızın bağlı olduğu milli-mənəvi dəyərərə böyük önəm verməsinin təsdiqidir. Bu baxımdan, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır.
Diplomatik münasibətlər tarixində bir ilk
Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər. İraq 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 30-da qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.
İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Bəhs olunan səfərin reallaşması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı ölkəmizə gələn İraq Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət qarşı tərəfdən məmnunluqla qəbul olunub.
Dost ölkənin dövlət başçısının ölkəmizə reallaşan ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hər iki ölkənin gündəliyinin mühüm məsələləri qarşılıqlı olaraq təqdim edilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.
Əməkdaşlığın perspektivləri
İraq yaxın keçmişdə bir sıra problemlər yaşayan ölkədir. Bununla belə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin mətbuata verdiyi bəyanatında bildirdiyi kimi, ölkə imkanlarını və resurslarını səfərbər edərək dirçəlir. Təsadüfi deyil ki, o, ölkəsini “yeni İraq” kimi təqdim edib. Çətinliklərin geridə qaldığını bildirən dövlət başçısının məlumatına görə, artıq İraq yaxşı, sağlam vəziyyətdədir, ölkədə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var, geniş parlament fəaliyyət göstərir. Bütün bunlar isə xarici əlaqələri genişləndirmək üçün münbit zəmin yaradır.
Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bildirildiyi kimi, əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları var. İki ölkənin paytaxtları arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Azərbaycandan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin həyata keçiriləcəyi gözlənilir. “Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İmzalanan yeni sənədlər
Səfər çərçivəsində imzalanan sənədlər hər iki tərəfin əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Bu sənədlər aşağıdakılardır:
- “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
- “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,
- “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”,
- “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46

