Avropa sülh üçün hara və niyə “tələsir”...
23.11.2023 [10:23]
Ermənistan Fransaya xəyanət edərək ABŞ-ın çətiri altına girməyə çalışır
Son dövrlərdə Qərb, xüsusilə Avropa Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanmasında maraqlı olduğu görüntüsünü yaradır. Hətta bunu əlaltıları Paşinyan və Ermənistan digər siyasi şəxslərinin dilindən səsləndirirlər. Təbii ki, ortada mühüm maraqlar mövcuddur...
Azərbaycan ilə Ermənistan arasında gedən danışıqlar prosesinin Brüssel formatının vasitəçisi sayılan Avropa İttifaqı sanki bu məsələdə daha çox tələsir. Son günlər qurumun bəzi nümayəndələrinin verdikləri açıqlamalar da bunu təsdiqləyir. Məsələn, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar mətbuata müsahibəsində bildirib ki, “nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda masa üzərində olan məsələlər çox azdır. Üstəlik, onlar dəfələrlə müzakirə olunub. Beləliklə, biz həqiqətən Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb görmürük”.
Birincisi, Toivo Klaar nədəndirsə, bu “irəliləyişdə” özlərini də tərəf kimi qiymətləndirir. İrəliləyişi iki tərəf - Ermənistan və Azərbaycan müəyyənləşdirir. Vasitəçi tərəf isə sadəcə olaraq, əlaqələrin qurulması, təmasların yaradılması kimi texniki işlərə “cavabdehdir”. Və ya masa üzərindəki məsələləri “qarşımızda” adlandırmaqla Klaar özlərini də prosesə daxil edir. Bu, təbii olaraq ortaya bir sıra suallar çıxarır - Aİ nəyin axtıraşındadır? Qurumun özünü də prosesə daxil etməsinin alt qatında yatan maraqların Fransanın maraqları ilə “uzlaşması” da istisna oluna bilməz.
İkinci bir tərəfdən, Aİ-nin davranışlarında sanki bir ürkmə və ya qoxma kimi hallar müşahidə olunur. Bu məsələni isə iki istiqamətdən izah etmək mümkündür:
- Aİ qorxur ki, digər format daha yüksək aktivlik nümayiş etdirərək real və ədalətli həll yolunun tapılmasına vəsilə olsun və beləliklə, Aİ-nin regiona gəlmə perspektivlərinin üzərindən birdəfəlik xətt çəkilsin;
- Aİ ehtiyat edir ki, son günlərdə Ermənistana daha çox himayədarlıq edən Vaşinqton Brüsseli (dolayısı ilə Avropanı və ya Fransanın timsalında avrosentristləri) prosesdən kənarlaşdırsın. Xatırlayırıqsa, bu ilin mayında Vaşinqtonun təmas təkliflərinin ardından həmən Brüssel qeyri-formal bir görüş keçirmişdi. Bu isə onu deməyə əsas verir ki, Brüssel bu məsələdə Vaşinqtonu da artıq özünə rəqib kimi dəyərləndirir.
Əslində, son versiya daha mütləq xarakter daşıyır - son günlərdə USAİD-in xətti ilə ABŞ-ın Ermənistanla intensivləşən təmasları, Vaşinqtonun İrəvanı dəstəkləyən bəyanatlar səsləndirməsi, Konqresin qondarma dinləmələr keçirməsi və “907-ci düzəlişlə bağlı” dilə gətirilən ifadələr ortadadır. Bu faktlar Ermənistanın bu və ya digər şəkildə Fransanın patronajlığından ABŞ-ın nüfuz dairəsinə keçmək istəyini açıq şəkildə ortaya qoyur. Başqa sözlə, Avropa Ermənistanın artıq onlara da xəyanət etdiyini görür. Fransa və onun avropalı dostları yaxşı bilirlər ki, Ermənistana güvənmək olmaz və Paşinyan istənilən vaxt onları satar, ABŞ-ın çətirinin altına sığınar. Bu səbəbdən də Brüssel bu və ya digər şəkildə tələm-tələsik də olsa, sülhün əldə olunmasını və prosesin Aİ-nin adına yazılmasını istəyir.
Amma ortada reallıq var - Ermənistan sülh haqqında danışsa da, Avropa sülhün bir addımlığında dayanıldığını bildirsə də, İrəvanın davranışları və Qərbin hərəkətləri bunu əməli şəkildə sübut etmir. Fransanın Ermənistanı aktiv silahlandırması, ABŞ-ın “qaçqınlara yardım” adı altında Ermənistana maliyyə tranşı təşkil etməsi sülhdən xəbər vermir. Ortada müşahidə olunan yalnız və yalnız sülhün imitasiyası, maraqlar uğrunda “savaş” və qeyri-məqbul davranışlardır. Bu isə Azərbaycanın mənafeyi ilə uyğun gəlmir. Azərbaycan imzalayacağı sülhün dayanıqlı və əbədi olmasını arzulayır. Bunun üçün isə Ermənistanın gələcəkdə ümid edə biləcəyi ən primitiv və elementar iddialara belə yer qoyulmamalıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54

