Bu dəfə sərhəddə...
24.11.2023 [10:00]
Delimitasiya komissiyası görüşəcək
Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinib. Xatırladaq ki, bir necə gün öncə bəzi KİV-lər diplomatik mənbələrə istinadən bununla bağlı xəbər yaymışdılar. Həmin xəbərdə də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında iclasın keçirilməsinin nəzərdə tutuluduğu bildirilirdi.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Azərbaycan Prezidentinin 23 may 2022-ci ildə imzaladığı “ Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması” haqqında Sərəncamı ilə yaradılıb. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaya Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, bir sıra nazirliklərin müavinləri, DTX rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini və digər rəsmi qurumların nümayəndələri, eyni zamanda Ermənistan ilə həmsərhəd olan rayonlarımızın İcra Hakimiyyətlərinin başçıları daxildir.
Ermənistan adekvat münasibət sərgiləsə...
2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın ardından başlanan sülh prosesinin ən mühüm detallarından biri sayılan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də öz həllini tapmayıb və bu, sülhün ləngiməsində əsas məqamlardan biri kimi xarakterizə olunur. 2022-ci ilin martında Azərbaycanın Ermənistana təqdim etdiyi şərtlər sülh üçün ən mühüm bazanı özündə əks etdirirdi - orada isə razılaşmanın bütün sferaları ilə bağlı mühüm müddəalar əks olunurdu. 2023-cü ildə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi yeni mərhələyə qədəm qoydu - artıq iki dövlət arasında bir sıra məsələlərlə bağlı ikitərəfli razılaşmalar ortaya çıxdı. Məsələn, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, bu məsələdə Alma-Atı bəyannaməsinə istinad olunması bəzi fikirlərin uzlaşdığını deməyə əsas verir. Bununla belə, hələ də açıq qalan suallar var ki, bu da Ermənistanın adekvat olmayan mövqeyi səbəbindən öz həllini tapmır.
Azərbaycanın çağırışı...
Nəzərdə tutulan görüşlə bağlı ən əsas məqam isə, Ermənistanın “vasitəçi olmadan” da görüşə razılaşmasıdır. Haqsız tərəf olduğu üçün özünə “dəstək axtaran” Ermənistan artıq uzun müddətdir ki, Azərbaycanın ikitərəfli görüş təkliflərinə pozitiv cavab vermir və Fransa və ya bir digər “vasitəçinin” yanında olmasını “tələb edir”. Bu isə məsələnin həllini nəticələndirməkdən çox, yubatmağa xidmət göstərir. İndiki halda, iki ölkənin yaratdığı delimitasiya komissiyasının görüşü müsbət qarşılanmalıdır. Bu, prosesdə dinamikanın olduğunu göstərir. Bu həm də Ermənistanın müəyyən reallıqları dərk etdiyinə ümid formalaşdırır. Qarşıdakı dövrdə Ermənistan konstruktiv mövqe ortaya qoyarsa, ciddi uğurlara belə imza atılması mümkündür. Yeri gəlmişkən, Azərbaycanın bu məsələdəki mövqeyi aydın və şəffafdır. Bir neçə gün öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Bildirilirdi ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu. Beləliklə, Azərbaycan növbəti dəfə yüksək humanizm sərgiləyərək sülh uğrunda qəti səy ortaya qoyur...
P.SADAOYĞLU
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

