Sərhəddə ilk təmas ...
01.12.2023 [09:52]
Azərbaycanın və Ermənistanın müvafiq Dövlət komissiyalarının rəhbərləri arasında görüş keçirilib
Xəbər verildiyi kimi, Azərbaycanın və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyaları arasında növbəti görüş baş tutub. Qazax rayounun Bala Cəfərli kəndində baş tutan görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Məsələ ilə bağlı Azərbaycan XİN-in yaydığı məlumatda da bildirilir ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib. Məlumatda qeyd edilib ki, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
İkitərəfli görüşlərin üstünlüyü...
Əslində, əldə olunan bu qərar müəyyən mənada əhəmiyət daşıyır. O baxımdan ki, Ermənistanın vasitəçi olmadan, ikitərəfli görüşə razılaşması və görüşlərin reqlamentinin mətninin razılaşdırılması danışıqlarda üçüncü tərəfin olmasını da istisna edəcək. Hər zaman özünə “dəstək axtaran” Ermənistan uzun müddət idi ki, Azərbaycanın ikitərəfli görüş təkliflərinə pozitiv cavab vermirdi və Fransa və ya digər “vasitəçinin” yanında olmasını “tələb edirdi”. Bu isə məsələnin həllini nəticələndirməkdən çox yubatmağa xidmət göstərən amildir və bu açıq şəkildə ortadadır. İndiki halda, iki ölkənin yaratdığı delimitasiya komissiyalarının yalnız ikitərəfli görüşlər keçirməklə bağlı qərarı müsbət dəyərləndirilməlidir. Bu, həm də prosesdə dinamika yaradacaq. Eyni zamanda, Ermənistanın müəyyən reallıqları dərk etdiyinə də ümid formalaşdırır. Qarşıdakı dövrdə baş tutacaq ikitərəli görüşlərdə Ermənistanın konstruktiv mövqe ortaya qoyacağı təqdirdə ciddi uğurlara belə imza atılması mümkündür.
Təbii ki, Azərbaycan hər zaman ikitərəfli görüşlərin keçirilməsində maraqlı olub. Məsələn, görüşdən öncə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Bildirilirdi ki, sülh danışıqlarındakı durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu. Görünür Azərbaycanın çağırışı öz bəhrəsini verir və prosesin gələcək inkişafında əldə olunacaq razılaşmalar üçün artıq zəmin formalaşdırılır...
Komissiyaların görüşü sülhə aparan yolu qısaldır
Bu isə özlüyündə yeni mərhələdə sülhün reallaşmasına və tezliklə imzalanmasına gətirib çıxara bilər. Çünki sülhün imzalanması üçün lazımi mühit demək olar ki, formalaşıb - ortada sual yaradacaq az məsələlər yer alır ki, bunlarında ən əsası məhz delimitasiya və demarkasiyadır. Qarşılıqlı müvafiq komissiyaların keçirdikləri görüşlərin müsbət nəticələr verməsi isə bu problemin də aradan qalxmasına şərait yarada bilər. Bunun üçün isə hər iki tərəf məsələyə real yanaşma ortaya qoymalıdır. Sülh iki tərəf arasında inkişaf edən prosesdir və sülhün formalaşması üçün hər iki tərəf eyni dərəcədə səy göstərməlidirlər - təəssüf ki, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” indiyə qədər adekvat olmayıb. Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə olmalarına şərait yarada bilər. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. Ermənistan iqtisadi-siyasi asılılığını davam etdirmək istəmirsə yaranan bu münbit vəziyyətdən maksimum istifadə etməlidir. Azərbaycanla razılığa gəlinməsi, Cənubi Qafqazda davamlı sülhə nail olunması, təhlükəsizlik arxitekturasının gücləndirilməsi Ermənistan üçün yalnız və yalnız müsbət dividendlər vəd edir. Əks halda bu ölkədəki sosial durum yenə də acınacaqlı halda qalmaqda davam edəcək, siyasi böhran daha da dərinləşəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

