Prezident İlham Əliyev ölkənin cənub bölgəsinə səfər edib
14.03.2012 [00:52]
Məlumat verilib ki, Ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Dünən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanıb. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da var. Qeyd edilib ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir. Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. İdmançılar dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyevə məlumat verilib ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaq.
Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılıb.
Qeyd edilib ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini-futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait var. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.
Bildirilib ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanıblar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilib. 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanıb. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə “İdman ili”nə ən böyük hədiyyədir.
Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.
Azərbaycan Prezidenti kompleksin açılışı mərasimində çıxış edib.
Mərasim geniş konsert proqramı ilə davam edib.
Konsertdə respublikamızın tanınmış incəsənət ustaları çıxış ediblər.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və ən müasir tibbi avadanlıqla təchiz edilib.
Qeyd edilib ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar var. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılıb, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınıb, yaşıllıq zolağı genişləndirilib. Parkda yay istirahət yerləri quraşdırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Astara rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunub. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilib, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılıb. Ərazidə istirahət parkı da salınıb. Qəsəbəyə gedən yol genişləndirilib, yol boyu abadlıq işləri görülüb.
Bildirilib ki, qəsəbədə dəfələrlə olan Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanıb və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Prezident İlham Əliyev açılış mərasimində sakinlərlə görüşərək deyib:
Mən Astarada tez-tez oluram. Sizin də bayramınız mübarək olsun. Təbrik edirəm.
SAKİN: çox sağ olun. Minnətdarıq Sizə.
Prezident İlham ƏLİYEV: Bu bayram günündə çox yaxşı tədbirlər keçirdik. Həm Olimpiya Mərkəzinin, həm də mərkəzi xəstəxananın əsası təmir olunmuş binasının açılışında iştirak etmişəm. Xəstəxana çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox idi. İndi gözəl tibb ocağı yaradılıbdır.
SAKİN: çox sağ olun. Minnətdarıq Sizə, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Yol tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında da Astarada idim, başqa kənd yolunun açılışında iştirak edirdim. Bu gün, bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz.
SAKİN: Bu gözəlliyə, yaratdıqlarınıza görə bütün Astara əhalisi adından Sizə minnətdarıq. Bu gün bayramımız ikiqat olacaqdır. Sizin gəlişinizi də, çərşənbə bayramını da qeyd edərik. Sizə bu bayram günündə uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizə də uğurlar arzulayıram. Mənim arzum ondan ibarətdir ki, hər bir kənddə, hər bir qəsəbədə işlər yaxşı getsin, yaşamaq üçün, işləmək üçün bütün şərait olsun. Qazlaşdırma gedir. İndi sizin kəndə qaz çəkilibdir, işıq vardır.
SAKİN: 24 saat təbii qazla təminatımız vardır. İşıq da 24 saat yanır.
Prezident İlham ƏLİYEV: Burada, Ərkivan kəndində əvvəl elektrik stansiyası tikdik. İndi yol vardır. Su layihəsi də icra edilir. Şəhərdə su-kanalizasiya layihəsi artıq başlamaq üzrədir. Qalan işlər indi sizdən asılıdır.
SAKİN: çox sağ olun. Biz Sizi həmişə dəstəkləmişik, həmişə də bütün əhalimiz Sizi dəstəkləyəcəkdir.
Prezident İlham ƏLİYEV: Kənd təsərrüfatının inkişafı üçün də kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü təkan verək. çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri görülsün. Bu qəsəbə bir azdan sonra şəhərə oxşayacaqdır.
SAKİN: çox sağ olun. Minnətdarıq Sizə. Allah Sizi hifz eləsin. Allah Sizə, ailənizə uzun ömür, cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən Astara rayonunun bir neçə kəndində olmuşam, kənd-kənd gəzirəm.
SAKİN: Bu, Ulu öndərimizdən qalan ənənədir. çünki Ulu öndərimiz 8 dəfə bu qəsəbədə olub. Sizdə bu ənənəni davam etdirirsiniz.
Prezident İlham ƏLİYEV: Səkkiz dəfə bu qəsəbədə olub? Onda mən hələ çox gəlməliyəm.
SAKİN: İnşallah. Allah qismət eləsin gələsiniz.
Prezident İlham ƏLİYEV: Keçən dəfə də Astaranın bir neçə kəndində olmuşam. Burada həm yol tikintisi ilə bağlı kəndlərdə olduq, sonra kiçik su-elektrik stansiyasının təməlini qoyduq. Orada da işlər gedir. Yaxın zamanlarda o da istismara veriləcəkdir. Astaranı mən indi yaxından tanıyıram. Prezident kimi 5-ci dəfə gəlirəm. Əvvəlki dövrdə Ulu öndərlə bərabər burada olmuşam. Hər dəfə burada yenilik, inkişaf görəndə ürəyim açılır. Sizin qədər mən də sevinirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
SAKİNLƏR: çox sağ olun. Biz Sizinlə fəxr edirik. Dünya arenasında da biz Sizinlə fəxr edirik. Bütün Azərbaycan xalqı kimi, Astara ictimaiyyəti də həmişə Sizinlədir. çalışarıq etimadınızı doğruldaq. Dövlətimizin bu gözəl qayğısına biz də işimizlə cavab verək.
Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Masallı və Salyan rayonlarında da səfərdə olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23

