Ulu öndər Heydər Əliyev ölkəmizdə həyata keçirilən aqrar islahatların müəllifidir
04.05.2012 [01:10]
Bu baxımdan, müstəqilliyimizin ilk illərində Heydər Əliyev ən əvvəl dövlətçiliyimizə çoxsaylı təhlükələrin olduğu bir vaxtda xalqın birliyini sonra isə heç bir xarici qüvvənin təsiri altına düşməməyi ancaq müstəqil şəkildə milli mənafeyin qorunmasına yönəlmiş, düşünülmüş addımlar atmağı ən məsuliyyətli vəzifə kimi qarşıya qoymağı təkidlə təklif etmişdir. Proseslərin çətinliyinə baxmayaraq, Ulu öndər xalqın tale yüklü problemlərinə yenidən yanaşmağa başladı. Bu yolda isə Onun özünün dediyi kimi, axıra qədər heç kim çəkindirə bilmədi.
Böyük dövlət adamının rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisini şərtləndirən mühüm cəhətlərdən biri iqtisadi sahədə aparılan islahatlardan ibarət olmuşdur. özəlləşdirmə prosesinə start verilməsi, torpaq islahatlarının uğurla başa çatdırılması, xarici investisiyaların ölkəmizə axınını təmin edən strategiyanın həyata keçirilməsi Azərbaycanın azad bazar iqtisadiyyatı mühitində ilk uğurlu addımlarına təkan vermişdir. Bütün bu addımlar sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, əvvəlki hakimiyyətlərin səriştəsiz siyasəti nəticəsində böhran mərhələsinə qədəm qoymuş inflyasiyanın qarşısı alınmışdır.
Hər şeydən əvvəl, Ulu öndər torpağı Azərbaycan kəndlisinin mülkiyyətinə verməklə tarixi ədaləti bərpa etmək qərarına gəldi. Respublikanın iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək üçün, ilk növbədə, torpaq islahatları aparıldı.
1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatların və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olmaq arzusunun, nəhayət, reallaşması, o cümlədən torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndlinin mülkiyyətinə verilməsi və yeni aqrar münasibətlərin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biri oldu.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı və qürurla demək olar ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə “Heydər Əliyevin torpaq islahatları” modeli kimi düşdü.
ölkəmizdə sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. 1993-1995-ci illəri əhatə edən “Azərbaycanda Sahibkarlığın İnkişafı” Dövlət Proqramının ardınca “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı Dövlət Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” icra edildi. Hazırda “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər icra olunur.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərin əldə olunması bir daha sübut edir ki, ümummilli liderin formalaşdırdığı sabit sosial-siyasi sistem hazırki sürətli inkişafın təməlini təşkil edir.
ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü vaxt baxımından o qədər də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Postsovet məkanına daxil olan bir çöx ölkələrdə keçid dövrü hələ davam etməkdədir. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtisadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə tam bərqərar olmuşdur. İqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş Azərbaycanda bu gün əhalinin maddi rifah halının yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real imkanlar yaradılmışdır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.
Prezident İlham Əliyevin vaxtaşırı olaraq bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməyi bu tərəqqinin əldə edilməsində, hər bir məmurun və icraçının vəzifə borcunu vicdanla yerinə yetirməsində mühüm rol oynayır. Bu gün ölkəmiz nəhəng tikinti meydanını xatırladır. Hər şəhərdə, hər bölgədə, hətta hər kənddə quruculuq və abadlıq işləri böyük vüsət alır, modern standartlara cavab verən müasir infrastrukturlar yaradılır.
Təmsil etdiyim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi kənd təsərrüfatı regionu kimi bu gün öz həyatının ən çiçəklənən bir dövrünü yaşayır. Heç vaxt bu rayonda bu qədər abadlıq-quruculuq işləri geniş vüsət almamışdır, artıq rayon həyatında yeni bir mərhələ başlanmışdır. Son illərdə Ağsu rayonunda ümumi daxili məhsul 3,8 dəfə, sənaye məhsulu 5,0 dəfə artmış, bir sıra sosialyönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Cənab Prezidentin Ağsu rayonuna hər səfəri rayonumuzun həyatında sanki yeni bir mərhələnin başlanğıcı olur. 30 oktyabr 2011-ci il tarixində Ağsu rayonuna səfəri zamanı Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin, Ağsu mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında, Ağsuda çörək zavodunun, Ağsu şəhər stadionunun, Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin, Ağsu “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun açılışlarında iştirak etmişdir.
Ağsu rayonuna səfərin nəticəsi olaraq cənab Prezident tərəfindən imzalanan Sərəncama əsasən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi və rayonda yeni xəstəxana binasının tikintisi üçün 3 milyon manat vəsait ayrıldı ki, bu da yerli problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.
Dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr uzunluğunda yeni kəmər çəkilərək Ağsu şəhərinin və 3 kəndin keyfiyyətli içməli su ilə təmin edilməsi rayonun sosial həyatında tarixi bir hadisə oldu.
Prezidentimiz aqrar sahədə yeni inkişaf modelinin müəllifidir...
Prezident İlham Əliyev aqrar sahəyə hər zaman xüsusi diqqət yetirmişdir: “Kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Qeyd etdiyimiz kimi, biz kənd təsərrüfatının inkişafı hesabına həm işsizliyin aradan qaldırılmasına nail olacağıq, həm yerli istehsalın inkişafını təmin edəcəyik və həm də ölkə iqtisadiyyatı daha da dayanıqlı olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin təxminən 50 faizi kəndlərdə yaşayır, bu, böyük sosial məsələdir. Ona görə növbəti illərdə, əlbəttə ki, dövlət investisiya proqramında bütün bu məsələlər nəzərdə tutulacaqdır. Növbəti illərdə kəndlərin inkişafına daha da böyük diqqət göstərilməlidir”.
ölkə başçısının birbaşa diqqəti sayəsində torpaq mülkiyyətçilərinə dövlət dəstəyi və qayğısı ilbəil güclənir, onlara lazım olan bütün köməkliklər göstərilir. Kənd təsərrüfatında müasir texnika və texnologiyalar tətbiq edilir. Aqrar sahəyə dövlətin dəstəyi ən qabaqcıl inkişaf modellərinə əsaslanmaqla bir neçə formada özünü göstərir. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə daha ciddi uğurların əldə olunmasına şərait yaradacaqdır. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır.
Kənd təsərrüfatının inkişafı etibarlı ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də, ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı həyata keçirilməkdədir. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yarandığı bir dövrdə Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın siyasətə və milli maraqlara təsiri və bağlılığı barədə bildirərkən xüsusilə qeyd etmişdir ki, ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: “ümummilli lider Heydər Əliyev ideyalarını reallaşdırmaq, Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda və dünyada mövqelərimizi möhkəmləndirmək”.
Ərəstun Cavadov
Milli Məclisin deputatı, Aqrar Siyasət daimi Komitəsinin üzvü
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50

