Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb
05.06.2012 [23:06]
Dünən Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.
Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.
Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.
Bu il sərgi və konfransa rekord sayda - 21 şirkət sponsorluq edir ki, bu da tədbirin yüksək statusunu göstərir. Dünyanın müxtəlif ölkələrindən onlarla aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir.
Ekspozisiya Bakı Sərgi Mərkəzinin iki pavilyonunda yerləşir. Burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və gələcək layihələr də təqdim olunur.
Sərgi çərçivəsində keçiriləcək konfransın işgüzar proqramı genişdir. Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialı və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaq.
Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq deyib: “Cənab Prezident! Zati-aliləri, xanımlar və cənablar! Bu gün burada olmaqdan, İTE Group şirkətini təmsil etməkdən, XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransını təşkil etməkdən çox məmnunam.
Bu sərgi ənənəvi olaraq keçirilən bir tədbir kimi beynəlxalq təqvimdə öz əksini tapmış, neft və qaz sənayesi üçün mühüm platformaya çevrilərək 1994-cü ildən etibarən sabiq Prezident Heydər Əliyevin təşkilatçılığı ilə ilk dəfə olaraq reallaşmışdır.
Biz növbəti illərin sərgilərində neft sektorunda davamlı inkişafın və artımın şahidi olmuşuq. Biz çox şadıq ki, builki sərgidə 35 ölkədən 304 şirkət iştirak edir. İştirakçıların sırasına Almaniyanın, Birləşmiş Krallığın, çinin, Rusiyanın milli şirkətləri daxildir.
Bir çox şirkətlər artıq bir neçə ildir ki, bu sərgidə iştirak edirlər. Lakin bir sıra şirkətlər vardır ki, onlar bu sərgiyə ilk dəfə qatılırlar. Sözsüz ki, illər keçdikcə biz davamlı artımın şahidi olmuşuq. Düşünürəm ki, bu, çox mühüm bir haldır, bunu qeyd etmək lazımdır. Bu sərgidə Azərbaycanı müştərək şirkətlərlə bərabər, yerli istehsalçı şirkətlər də təmsil edir.
Builki sərgidə 75 Azərbaycan şirkəti iştirak edir. Son 20 ildə Azərbaycanda neft və qaz sektoru sürətli inkişaf edib. Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgiləri bu inkişafa daha çox töhfə vermişdir. Bu, başqa sektorların inkişafına da təsir göstərmişdir.
İTE Group dünyada sərgi təşkili ilə məşğul olan çox nüfuzlu şirkətdir. 19 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və iqtisadi inkişafın, eyni zamanda, bütövlükdə inkişafın şahidi olur, fəaliyyətini daha da fəallaşdırmışdır. İTE Group şirkəti il ərzində Bakıda 12 sərgi təşkil edir. Bu 12 sərgidə bütün sektorlar təmsil olunur. Bu il artıq qida və turizm sərgiləri keçirilmişdir. İlin sonunadək səhiyyə, ekologiya, inşaat və s. sərgilərin də keçirilməsi planlaşdırılır.
Şirkətimizin Azərbaycandakı işi Bakı Sərgi Mərkəzinin təqdim etdiyi şəraitdən asılı olaraq çox müvəffəqiyyətli olmuşdur. Bu gün bu imkandan istifadə edərək neft və qaz sərgisinin təşkilində və müvəffəqiyyət qazanmasında bizə kömək göstərən bütün qurumlara minnətdarlığımı bildirmək istərdim. İlin ən mühüm tədbirlərindən biri olan bu sərgi də əminəm ki, böyük müvəffəqiyyət qazanacaqdır. İTE Group şirkəti neftayırma və neft kimyası sahələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə fəal əməkdaşlıq etmişdir. Düşünürəm ki, bu sərgi boyunca biz paralel şəkildə keçirdiyimiz konfransda bu barədə ciddi müzakirələr aparacağıq.
Mən bu böyük sərginin təşkilinə və keçirilməsinə verdiyi önəmli dəstəyə tədbirə görə, hörmətli cənab Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz bu sərginin hər bir iştirakçısını təbrik edirik. Düşünürük ki, İTE Group şirkətinin ölkədə gördüyü işlərin, keçirdiyi sərgilərin çox mühüm rolu olmuşdur. Cənab Prezident, bu sərginin davamlı ənənəyə çevrilməsi Sizin bu vacib tədbirə, bu vacib sahəyə, sənayenin inkişafına göstərdiyiniz diqqətin təsdiqidir.
Azərbaycan artıq neft sektoru üzrə vacib regional mərkəzə çevrilmişdir. Azərbaycanın iqtisadiyyatında neft-qaz sənayesi mühüm sahələrdən biri olaraq qalır.
Zati-aliləri, vaxt ayırıb Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının açılışında iştirak etdiyinizə görə Sizə təşkilatçılar, iştirakçılar və qonaqlar adından minnətdarlığımızı bildiririk.
Bu, bir daha göstərir ki, bu sahədə beynəlxalq əməkdaşlıq, əlaqələr inkişaf etdiriləcək və neft-qaz sənayesinin regional mərkəzi olaraq Azərbaycanın nüfuzu daha da artacaqdır.
Hər birinizə uğurlar arzu edirəm”.
Prezident İlham Əliyev sərgi və konfransın açılış mərasimində nitq söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, 90-cı illərin ortalarında neft sənayesində və ümumiyyətlə, iqtisadi sahədə köklü islahatlar aparılmağa başlanılıb. Dövlət başçısı İlham Əliyev deyib ki, dünya miqyasında ən böyük yataqlardan biri olan “Şahdəniz” qaz yatağının kəşfindən sonra əlbəttə ki, bu sahəyə diqqət daha da artıb. Dövlət başçısı İlham Əliyev, həmçinin, qeyd edib ki, uğurlu neft strategiyamız həm 90-cı illər üçün, həm də bu gün üçün çox əhəmiyyətlidir və bizə imkan verdi ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri uğurla inkişaf etdirək. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün dövlət olaraq, ilk növbədə, ölkənin milli maraqlarıdır.
Prezident İlham Əliyev deyib ki, son bir il ərzində Azərbaycanda alternativ və bərpa olunan enerji sektorunda böyük dəyişikliklər baş verib. Qaz sahəsində gələcək planlar barədə danışan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu sahədə həlledici məqama gəlib çatıb: “Bu gün, əlbəttə, Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz müxtəlif istiqamətlər üzrə qaz resurslarımızı çatdırırıq. Dörd qaz kəmərimiz var, dördü də işlək vəziyyətdədir. Ancaq biz “Şahdəniz-2” layihəsinin işlənməsinə yaxınlaşırıq. Eyni zamanda, “ümid”, “Abşeron” və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq və uzunmüddətli qaz strategiyamızı indi hazırlayırıq. Bu strategiya demək olar ki, hazırdır. Burada əlbəttə ki, qarşılıqlı inam və qarşılıqlı maraqlar ön plana çıxır. çünki bir də demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. ölkə qarşısında duran bütün vəzifələr icra edilib və əgər biz bu səviyyədə qalsaq, indiki neftin və qazın hasilatını saxlasaq - və buna imkan var - biz uğurla bundan onilliklər sonra da inkişaf edəcəyik, yəni bir tərəfdən, əlavə hansısa təşəbbüslərə bəlkə də ehtiyac yoxdur, ancaq digər tərəfdən, biz bölgədə - Cənubi Qafqazda aparıcı ölkəyik. Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycan iqtisadiyyatının payına düşür. Belə olan halda, biz 10 ilə, 20 ilə, 30 ilə qabağa baxmalıyıq. Elə etməliyik ki, bizim qaz ehtiyatlarımız maksimum şəkildə realizə edilsin və beləliklə, uzunmüddətli qaz strategiyamız buna yönəlib. Hesab edirəm ki, əgər bu sahədə investorlar, hasilatçılar, tranzit ölkələr, istehsalçılar arasında əməkdaşlıq, işbirliyi olarsa, bu məsələlər də lazımi səviyyədə öz həllini tapa bilər”.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın dövlətimizin başçısına təbrik məktubunu oxuyub.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Piter Beytman isə Baş nazir Devid Kemeronun Prezident İlham Əliyevə təbrik məktubunu oxuyub.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, beynəlxalq səviyyəli şirkətə çevrilən ARDNŞ 2010-2015-ci illəri əhatə edən nanoneft proqramını və digər silsilə layihələri reallaşdırır. Bundan əlavə, Dövlət Neft Şirkətində ölkədə inşası nəzərdə tutulan yeni neft-qaz emalı və neft kimyası kompleksinin layihəsi hazırlanıb. Bu layihə istismar müddətini başa vuran və ekoloji tələblərə cavab verməyən neft-qaz və neft kimyası müəssisələrinin şəhərdən çıxarılmasını və vahid kompleksdə cəmlənməsini nəzərdə tutur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, layihənin hazırlanmasına xarici şirkətlər də cəlb olunub. Kompleksin Qaradağ və Abşeron rayonlarının sərhədində salınması nəzərdə tutulur. Yeni kompleksdə müasir texnologiyalar tətbiq olunacaq. Bu da keyfiyyətli məhsul istehsalına imkan verəcək.
Dövlətimizin başçısı bp şirkətinin ekspozisiyası ilə də tanış olub. Diqqətə çatdırılıb ki, Xəzərin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının işlənilməsində, Səngəçal, Supsa və Ceyhan kimi böyük terminalların inşasında, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisində mühüm xidmətləri olan bp şirkəti bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq edəcək.
Bunu təsdiqləyən ən mühüm amil bu il bp şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyinin tamam olmasıdır. Bu müddət ərzində qarşıya qoyulmuş bütün məqsədləri həyata keçirən şirkət hazırda təhsil, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi və icma proqramları ilə bağlı layihələr reallaşdırır.
Dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Fransa-Amerika birgə şirkəti olan “Schlumberger”in ekspozisiyası ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, bu iqtisadi qurum Azərbaycanda reallaşdırılan iri neft-qaz layihələrində yaxından iştirak edir. Şirkət bütün dünyanın neft və qaz müəssisələri üçün yüksək nəticələrin, təkmilləşdirilmiş kəşfiyyat və hasilat göstəricilərinin təmin edilməsində etibarlı və sınanılmış öncül xidmət təchizatçısıdır.
Sonra Azərbaycan Prezidenti “BOS Şelf” şirkətinin ekspozisiyasına baxıb. Bildirilib ki, “Azəri-çıraq-Günəşli” neft yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsi olan “Mərkəzi Azəri” sahəsində müvəffəqiyyətlə çalışan şirkət həyata keçirdiyi təlim proqramları sayəsində təcrübəli işçi qüvvəsi yaradıb.
Dövlətimizin başçısına Azərbaycanın Türkiyədə özəlləşdirdiyi “Petkim” şirkətinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı görülən kompleks işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1965-ci ildə təsis olunmuş şirkətin əsas hədəfi Türkiyə bazarında liderliyini daha da genişləndirərək davam etdirmək və regional gücə çevrilməkdir. “Petkim” hazırda öz məhsullarını dünyanın 70-dən çox ölkəsinə ixrac edir.
Azərbaycan Prezidentinə ölkəmizin neft-qaz sektorunda yaxından iştirak edən Fransanın “Total” şirkətinin yenilikləri və perspektiv planları barədə məlumat verilib.
“Eni Saipem” şirkətinin pavilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, 1957-ci ildə yaradılan müəssisənin fəaliyyəti ötən dövrdə xeyli genişlənib. Azərbaycan ilə əməkdaşlığa böyük önəm verən şirkət dünyanın bir çox regionlarında da karbohidrogen ehtiyatlarının çıxarılmasında yaxından iştirak edir.
Rusiyanın “Rosneft” şirkəti də Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Qonşu ölkənin böyük neft-qaz şirkətlərindən sayılan “Rosneft” Bakıdakı sərgidə ən son elmi-texniki yeniliklərini nümayiş etdirir.
Türk Petrolları Anonim Şirkəti (TPAO) də 1994-cü ildən bəri Azərbaycan ilə birgə beynəlxalq neft-qaz layihələrinin uğurla reallaşmasında yaxından iştirak edir. Bildirilib ki, iki qardaş ölkənin iqtisadi qurumları bundan sonra da istər regional, istərsə də beynəlxalq səviyyədə birgə uğurlu əməkdaşlıqlarını davam etdirəcəklər.
Almaniyanın RWE şirkətinin pavilyonu ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərən bu iqtisadi qurum ölkəmizdə fəaliyyətini genişləndirmək əzmindədir və bunun üçün müxtəlif layihələr təqdim edir.
Azərbaycan Prezidenti Norveçin “Statoil” şirkətinin pavilyonu ilə də tanış olub. Bildirilib ki, “Qazprom”dan sonra Avropada ikinci böyük təbii qaz şirkəti olan “Statoil” Azərbaycan ilə sıx əməkdaşlıq edir. Dünyanın 36 ölkəsində fəaliyyət göstərən “Statoil”un başlıca məqsədi yüksək texnologiyaların tətbiq olunması ilə istehlakçıların enerji tələbatını məsuliyyətli və innovativ şəkildə təmin etməkdir. Qeyd olunub ki, bu şirkət Azərbaycan ilə yeni əməkdaşlıq imkanları üzərində konkret iş aparır.
Bu il Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisində ilk dəfə Vyetnam da təmsil olunur. Bu ölkənin “Petrovietnam” neft-qaz şirkəti 2010-cu ildə Azərbaycanda nümayəndəliyini açıb. 1975-ci ildə yaradılan şirkət yaxın gələcəkdə “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunda axtarış-kəşfiyyat işlərinə başlayacaq.
Rusiyanın “İnterpayp” şirkəti də builki sərgidə uğurla təmsil olunur. Neft-qaz yataqlarının işlənilməsində istifadə olunan boruların hazırlanması üzrə ixtisaslaşan şirkətin məhsullarından tikinti və maşınqayırmada da istifadə edilir.
Builki sərgidə diqqəti cəlb edən əsas məqamlarından biri də alternativ enerji mənbələri ilə bağlı ekspozisiyanın təşkil olunmasıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən təşkil olunan pavilyonda külək və günəş enerjisindən istifadə edilməsi məqsədilə ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verilir, bu sahənin hazırda dünyada ekoloji cəhətdən ən səmərəli vasitə hesab olunduğu qonaqların diqqətinə çatdırılır.
Prezident İlham Əliyevə məlumat verilib ki, Avstriyanın OMV şirkəti də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini əsirgəmir.
Ekspozisiya ilə tanış olan dövlətimizin başçısı Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının fəxri qonaqlar kitabını imzalayıb.
Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38

