Xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur
09.06.2012 [21:56]
Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycan son illərdə iqtisadi-siyasi müstəvidə mühüm uğurlar əldə edib. Bu uğurlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümləldən, regionlarımızın inkişafında müstəsna rol oynayıb. BMT TŞ-nin qeyri-daimi üzvü seçilməyimiz, bu il ölkəmizdə “Eurovision” musiqi yarışmasının keçirilməsi, o cümlədən, hər il iqtisadi müstəvidə irəliləyişlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Qısa müddətdə bu qədər mühüm irəliləyişə nail olunmasında ölkəmizdə hökm sürən demokratik şərait, vətəndaş cəmiyyəti, xalq-hakimiyyət vəhdətinin əhəmiyyəti böyükdür.
Qeyd edək ki, bu gün ölkəmizdə sürən demokratik inkişafın, daxili sabitliyin əsasında Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində atılan addımlar dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə hər zaman demokratik prinsiplərə sadiqlik nümayiş edirilir, siyasi islahatlar nəticəsində Azərbaycan Qərb standartlarına yiyələnib. ölkəmizdə vətəndaş cəmiyyətinin, qeyri-dövlət sektorunun inkişafına göstərilən qayğı, mətbuata dövlət dəstəyi və diqqət bunu deməyə əsas verir. Bu gün Azərbaycan hakimiyyəti ölkədə demokratik inkişafın təminatında, onun daha da irəliləməsində, vətəndaş cəmiyyətinin yüksək səviyyədə formalaşmasında maraqlı olduğunu ortaya qoyur, bunun təmin olunması istiqamətində iradə nümayiş etdirir. Təbii ki, bu inkişafda hakimiyyətin xalq tərəfindən tam dəstəklənməsi mühüm rol oynayır.
28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanda sabit ictimai-siyasi vəziyyət mövcuddur: “Xalqla iqtidar arasında vəhdət vardır. ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz bundan sonra da yalnız və yalnız müstəqilliyimizi gücləndirəcəyik, azərbaycançılıq fəlsəfəsini rəhbər tutacağıq, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq”.
Bu gün ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf bütünlüklə ölkə ərazisini əhatə edir. ölkəmizdə həyata keçirilən regionların sosial inkişafını özündə ehtiva edən dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılır. Proqramın icrasına cəlb olunmuş mühüm dövlət strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin maksimum dərəcədə yerinə yetirilməsi üçün bütün güclərini səfərbər edir. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlər regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələr infrastruktur təminatı ilə əlaqədar işlər yüksək səviyyədə yerinə yetirilir.
Bundan başqa, ölkəmizin iqtisadi qüdrətinin artımı vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlik layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Sovet dövründən əmanət bankında batan əmanətlərin yüksək şərtlərlə qaytarılmasının özü xalq-hakimiyyət birliyinin bütün problemlərin həllinə yol açdığının göstərcisidir. Bu, bir daha sübut edir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs Azərbaycan xalqının milli maraqlarına əsaslanır, dövlət, xalq mənafeyinə əsaslanır.
Təbii ki, görülən bütün bu işlər, ölkədə insanlar üçün yaradılan şərait kompleks şəkildə vətəndaşların rahatlığına, yüksək yaşayışının təmininə yönəldilib. Bütün bu işlərin həyata keçirilməsində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə hakimiyyəti ilə yanaşı, vətəndaşların da dəstəyi mühümdür. Yəni, xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur. Prezident İlham Əliyev də sözügedən çıxışında bu məqamı xüsusi vurğulayb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqil ölkə kimi inkişaf edir: “Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun”.
Azərbaycan demokratik dəyərlərə hər zaman sadiqlik göstərib və ölkəmizdə azad sözə, fərqli fikrə hörmətlə yanaşılır. Azərbaycan xalqı dövlətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bildirib ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır və xalqımız bu məsələdə vahid mövqe ortaya qoyur. Dövlət başçısı 28 May Respublika Günü ilə bağlı rəsmi qəbulda da bildirib ki, müharibə hələ bitməyib və Azərbaycan problemin sülh yolu ilə həllinin tərəfdarıdır: “Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

