Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilib

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilib

20.06.2012 [15:06]

Prezident İlham Əliyev “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu”mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub göndərib. Məktubda deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi ölkəmizdə antiinhisar fəaliyyətini həyata keçirən qurumun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilmişdir. Sosial-iqtisadi inkişafın davamlı artım tempinə nail olan ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüş və böyük irəliləyişlər əldə edilmişdir. İnhisarçılığın, haqsız rəqabətin və süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Əmtəə və xidmət bazarlarında istehlakçıların hüquqlarının qorunmasını təmin edən etibarlı mexanizmin tətbiqi üçün bütün lazımi şərait mövcuddur. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. İnanıram ki, konfransınızın gedişində aparılan müzakirələr və təcrübə mübadiləsi qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi işinə töhfəsini verəcək və onun səmərəli nəticələri iştirakçı ölkələrin iqtisadiyyatının gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır. Konfransın işinə uğurlar arzulayıram!”.
Paylaş:
Baxılıb: 880 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30