Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Zaqatalada evdə baş verən yanğın söndürülüb

Zaqatalada evdə baş verən yanğın söndürülüb

22.09.2024 [11:21]

Bu gün gecə saatlarında Zaqatalanın Aşağı Tala kəndi ərazisindəki fərdi evlərdən birində yanğın hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə gecə saatlarında Zaqatalanın Aşağı Tala kənd sakini Mehriban Əhmədovaya məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Görülən təcili tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı vaxtında alınıb.

Yanğın nəticəsində evin mətbəxinin tavan hissəsi və mətbəxdə olan bir sıra əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31