Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub

Gürcüstan nümayəndə heyəti hərbi təhsil müəssisələrində olub

13.12.2024 [20:59]

Ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər heyətləri ilə görüşüblər.

Gürcüstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin fəaliyyəti, habelə hərbi təhsil sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilib. Həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik mühiti mövzusunda maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30