Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
19.12.2024 [16:37]
Ankarada 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycanın müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkın ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq, hörmət və ehtiram nümayiş olunub.
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edən Azərbaycan nümayəndə heyəti, onun məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Nümayəndə heyətimizi ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.
Daha sonra baş direktor A.Qurbanov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, qarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Səfər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr aparılıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin alt işçi qrupların iclasları keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

