Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Messi “Nou Kamp”da rekord vurdu

Messi “Nou Kamp”da rekord vurdu

09.10.2012 [01:33]

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubunun tarixinə düşüb. 25 yaşlı hücumçu doğma “Nou Kamp”da 100 qol vuran ilk futbolçu olub. Messi buna Primeronun “Real”la oyununda nail olub. Argentinalının “El Klassiko”da vurduğu 2-ci qol onun Kataloniya paytaxtının əsas arenasında 100-cü topu olub. Messi həm də “El Klassiko”da 17-ci qolunu vurub. İndi o, Alfredo di Stefanonun rekordundan cəmi 1 top geri qalır. “Real” klubunun hücumçusu Kriştiano Ronaldo isə daha bir rekorda imza atıb. Portuqaliyalı futbolçu “El Klassiko” tarixinə düşüb. La Liqanın sonuncu turu çərçivəsində səfərdə “Barselona” ilə görüşdə 2 qola imza atan Ronaldo ardıcıl 6 “El Klassiko”da fərqlənən ilk oyunçu olub. 27 yaşlı futbolçu son 6 “El Klassiko”da fərqlənməklə “Real”ın sabiq futbolçusu İvan Zamoranonu geridə qoyub. 1992-1996 illərdə “Real”ın şərəfini qorumuş Zamorano ardıcıl 5 “El Klassiko”da rəqib qapıya yol tapmışdı.
Paylaş:
Baxılıb: 1426 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30