Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Gəncədə Federasiya kuboku uğrunda velosiped yarışları başlayıb

Gəncədə Federasiya kuboku uğrunda velosiped yarışları başlayıb

12.10.2012 [11:35]

Dünən Gəncə və Naftalan şəhərləri, eləcə də Samux, Goranboy rayonlarının ərazisində Federasiya kuboku uğrunda çoxgünlü ötüşmələr üzrə velosiped yarışlarına start verilib. Velosipedçilər dörd mərhələdə bütövlükdə 426 km məsafə qət edəcəklər.Yarışların 1-ci mərhələsində müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində mübarizəyə qoşulub. Yarışlarda Gürcüstan velosipedçilərinin 12 nəfərdən ibarət komandası da iştirak edir. 
Yarışların ilk mərhələsi Samux rayonu ərazisində başlayıb. U-15 yaş kateqoriyası üzrə ötüşmələrdə Maksim Natereskov birinci olub. Şamil Rəhimov ikinci, Nurlan Həsənov isə üçüncü yeri tutub. U-17/Gənclər yaş kateqoriyası üzrə ötüşmələrdə Elgün Əlizadə bütün rəqiblərini qabaqlayaraq finişə hamıdan tez çatıb. Xosiauri Dimitriy ikinci (Gürcüstan), Ruslan Həsənov isə üçüncü yerin sahibi olub. Elit/U-23 yaş qurupu üzrə Samir Cəbrayılov finişə hamıdan tez çataraq birinci yeri tutub. Gürcüstan təmsilçisi Georgi Nadiradze ikinci, Aqşin İsmayılov isə üçüncü olub.
Bu gün yarışların ikinci mərhələsi keçiriləcək.
Paylaş:
Baxılıb: 1496 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30