Gənc atletlərin respublika çempionatı keçirilib
15.01.2013 [02:23]
Ceyhun Hüseynov: Əminəm ki, bu yeniyetmə idmançılar ölkəmizi 2014-cü il Yeniyetmələrin Olimpiya Oyunlarında uğurla təmsil edəcəklər
Dünyanın ən populyar idman növləri arasında atletikaya daxil olan idman növləri xüsusilə seçilir. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında atletikaya aid idman yarışlarının azarkeşlər tərəfindən nə qədər sevildiyinin şahidi olmuşuq. Həm də məhz atletika idman növlərini inkişaf edirən ölkələr bu növlərdə qazandıqları medal sayı ilə Yay Olimpiya Oyunlarında yüksək yerlər tuturlar. Azərbaycanda da digər idman növləri kimi atletikanın da inkişafı istiqamətində son illərdə xeyli işlər həyata keçirilib. Ölkəmizdə idmanın prioritet sahə kimi inkişaf etdirilməsi, yeni idman bazalarının istifadəyə verilməsi bu sahədə ciddi dönüş yaradıb. Bu dönüşün ən bariz nümunəsini Respublika Olimpiya Mərkəzində 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə keçirilən ölkə çempionatında müşahidə etdik.
Olimpiya Mərkəzində yeniyetmələrin atletikanın müxtəlif növləri üzrə ən yaxşıları müəyyən etmək üçün apardıqları mübarizə, onların yarışa göstərdiyi həvəs bu sahədə möhkəm təməlin atıldığını göstərir. Müxtəlif məsafələrə qaçış üzrə yarışan yeniyetmə idmançıların sayının çoxluğu, aşağı yaş qrupuna aid olan gənc idmançıların mərkəzi doldurması bu sahəyə ciddi axın olduğunun sübutudur. Artıq valideynlərin övladlarını bizim üçün ənənəvi olan idman növləri ilə yanaşı, atletika növləri ilə məşğul olmağa həvəsləndirməsi, həyata keçirilən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Respublika Olimpiya Mərkəzində söhbətləşdiyimiz valideynlərin bir çoxu övladlarının sağlam böyüməsi, bir çoxu ölkədə idmanın populyar olması, bir çoxu isə Olimpiya Oyunlarında medal qazanması üçün atletika ilə məşğul olmasını istədiklərini bildiriblər. İki gün davam edən çempionatın ilk günü 60, 400 və 1500 metr məsafəyə qaçış üzrə yarışlar baş tutub. Respublika çempionatında 69 oğlan, 27 qız atlet mübarizə aparıb. Bakı, Sumqayıt və Gəncədən olan idmançılar müxtəlif məsafəyə qaçışla yanaşı, üç təkanla tullanma və nüvə atma yarışında da qalibləri müəyyən ediblər. Yarışların ikinci günü 200, 800 və 4x200 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma yarışları keçirilib. Yarışın hakimlər heyətində təmsil olunan Ceyhun Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, respublika çempionatında rəqabət çox yüksək səviyyədədir. O, yeniyetmə idmançıların yarışa bu qədər həvəslə qatılmasının müsbət hal olduğunu söyləyib: “Ümumiyyətlə, Azərbaycan atletləri Qafqazda, MDB-də, Asiyada, Qara dəniz sahili ölkələri arası yarışlarda həmişə fərqləniblər. Perspektivli idmançılarımız çoxdur. Mən onların arasında Nazim Babayev, Qorqud Məmmədli, Nərminə Məmmədova, Xəyalə Hümmətova, Məryəm Ənsari və digərlərinin adlarını qeyd edə bilərəm. Özünüz də gördünüz ki, idmançılar yarışa necə can yandırırlar. Onların arasında Qorqud Məmmədlini qeyd etmək istəyirəm. 60 və 200 metr məsafəyə qaçış üzrə yarışda ikinci olan Qorqud ötən ilin sonunda Bakıda keçirilən Gürcüstan-Azərbaycan yarışında birinci olmuşdu. Bu ilin yanvarın 4-5-də keçirilən paytaxt birinciliyində isə 2-ci yeri tutdu. Əminəm ki, burada bu gün gördüyünüz yeniyetmə idmançılar ölkəmizi 2014-cü il Yeniyetmələrin Olimpiya Oyunlarında uğurla təmsil edəcəklər”.
Qeyd edək ki, 60 metr məsafəyə qaçışda Fərhad Əsədov birinci, Qorqud Məmmədli ikinci, Vaqif Bağırov üçüncü olub. Eyni məsafəyə qızlar arasında yarışda Pextreva Yelena birinci, Liina Həsənli ikinci, Aydan İsmayılova üçüncü nəticəni göstərib. Nüvə atma yarışında Fatimə Musayeva, Səadət Hüseynova və Nərminə Sadiqova müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. 400 metr məsafəyə qaçış üzrə oğlanların yarışında isə Rəşad Əliyev, Andrey Aranoviç və Marif Əsgərov hamıdan yaxşı olublar. Bu məsafə üzrə qızların yarışında Nərgiz Tağıyeva, Səbinə Hacıyeva və Ləman Nübarlı ilk üç pillədə yer alıblar. 1500 metr məsafəyə yarışda Andrey Aranoviç birinci, Elman Ağayev ikinci, İsmayıl Bayqurd isə üçüncü olub. Respublika çempionatının ikinci günündə də maraqlı mübarizə və rəqabət yaşanıb. İdmançıların mübarizə əzmi qaçış çığırındakı rəqabətdə əksini tapıb. 200 metr məsafəyə qaçış üzrə oğlanların yarışında Fərhad Əsədov birinci, Qorqud Məmmədli ikinci, Rəşid Əliyev isə üçüncü olub. Qızların eyni məsafəyə yarışında Xədicə Hümbətova hamını qabaqlayaraq birinci, Aydan İsmayılova ikinci, Şövkət Abadova isə üçüncü yerin sahibi olub. 800 metr məsafəyə yarışda oğlanlar arasında Andrey Aranoviç, qızlar arasında isə Nərgiz Tağıyeva ilk pilləni tutub. İlham İksanov həm hündürlüyə tullanmada, həm də uzunluğa tullanmada respublika çempionu olub.
Yarışların baş hakimi respublika dərəcəli hakim Aqil Paşayev, baş hakimin müavini respublika dərəcəli hakim Ceyhun Hüseynov, baş katib respublika dərəcəli hakim Nataliya Strelcova, yarışların direktoru Kamal Əhmədovdur.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

