Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Qarabağ"ın sabiq qapıçısı Yunanıstanın tanınmış klubuna keçə bilər

"Qarabağ"ın sabiq qapıçısı Yunanıstanın tanınmış klubuna keçə bilər

24.02.2025 [23:48]

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq Yunanıstanın "Panserraikos" komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili klubunu dəyişə bilər.

AZƏRTAC Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə ölkənin köklü və iddialı klublarından biri olan PAOK yaxından maraqlanır.

Quqeşaşvilinin meneceri ilə danışıqlara start verən Saloniki təmsilçisi onu yayda heyətinə qatmağı planlaşdırır. "Panserraikos"un təcrübəli oyunçu üçün tələb etdiyi təzminat məbləği hələlik bəlli deyil. Lakin klubun 2026-cı ilədək müqaviləsi olan qapıçını asanlıqla buraxmayacağı gözlənilir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30