UEFA Hakimlər Komitəsinin üzvü: Azərbaycan xalqı çox istiqanlıdır
27.02.2025 [22:54]
"İki gündür Bakıdayam. Burada olmaq çox gözəldir. Azərbaycan xalqı çox istiqanlıdır. Dəvətə görə AFFA rəhbərliyinə minnətdaram".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda, hakim-inspektor Byörn Kuypers jurnalistlərə açıqlamasında deyib.
Bakıda hakimlər üçün seminar keçən niderlandlı mütəxəssis tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Bakı haqqında təəssüratlarım çox yaxşıdır. Seminarda Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi də iştirak edirdi. Düşünürəm ki, bu, çox gözəl haldır. Azərbaycanlılar onlarla qürur duymalıdır".
Onun sözlərinə görə, referilər beynəlxalq oyunlara daha çox təyinat ala bilmək üçün günü-gündən səviyyələrini artırmalıdırlar: "Bu yolda əzmkarlıqla çalışmalısınız. Həm qadın, həm kişi hakimlərə yaxşı şərait yaratmaq lazımdır. Buna görə də hakimlərin sayını artırmaq üçün işlər görməyə davam etməliyik".
Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan Byorn Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.
Niderlandlı mütəxəssis 2009-cu ildə U-21 Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013-cü və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda, AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.
Byorn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland Superkuboku uğrunda matçı idarə etdikdən sonra karyerasını başa vurub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

