Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Neftçi"nin tarixində ilk: Emin Mahmudov 200-cü oyuna çıxıb

"Neftçi"nin tarixində ilk: Emin Mahmudov 200-cü oyuna çıxıb

05.03.2025 [23:15]

Misli Premyer Liqasının XXV turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir. O, yubiley matçına qədər 43 qola imza atıb.

Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

Qeyd edək ki, Mahmudov Premyer Liqada 2017/2018-ci illər mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30