Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Qazaxıstanlı baş məşqçi: Bakıdakı Dünya Kuboku gimnastlarımızın karyeralarında ilklərlə yadda qaldı

Qazaxıstanlı baş məşqçi: Bakıdakı Dünya Kuboku gimnastlarımızın karyeralarında ilklərlə yadda qaldı

12.03.2025 [23:30]

“Bakıdakı Dünya Kuboku gələcək turnirlərə hazırlığımızda mühüm mərhələ oldu”.

AZƏRTAC xəbər verir ki, bu sözləri idman gimnastikası üzrə Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Kim Bakıda keçirilmiş Dünya Kuboku barədə danışarkən deyib.

Mütəxəssis yığmanın turnirdəki nəticəsini uğurlu hesab edib: “Yarışda dörd gimnastla təmsil olunduq. Onlardan üçü fəxri kürsüyə qalxdı. Düşünürəm ki, iki gümüş və bir bürünc medal çox yaxşı nəticədir. Bakıdakı turnir, həmçinin gimnastlarımızın karyeralarında ilklərlə yadda qaldı. İlyas Əzizov yalnız ABŞ-ı təmsil edən idmançılardan geri qalaraq üçüncü yeri tutdu. Məhz bu nəticə ona beynəlxalq dərəcəli idman ustası adını qazandırdı. Dmitri Patanin özünü ən yaxşı şəkildə göstərdi və paralel qollarla hərəkətlərin icrasında ilk mükafatını əldə etdi. Dörd idmançımızdan beşinin final mərhələsində çıxış etməsi yarışa yüksək səviyyədə hazırlaşdığımızın göstəricisidir. Milad Kərimi gimnastika tirində səhvə yol verməsəydi, komandamız Bakıda daha çox medal qazana bilərdi”.

Qeyd edək ki, martın 6-9-da təşkil olunan Dünya Kubokunda 19 ölkədən gimnastlar çıxış edib. Azərbaycan turniri 1 qızıl medalla başa vurub.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30