Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yüksək Liqada XVII tura yekun vurulub

Yüksək Liqada XVII tura yekun vurulub

28.03.2025 [10:21]

Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşması UNEC və “Abşeron” komandaları arasında olub. Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmalarda “Murov Az Terminal” “Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə üz-üzə gəlib.

Birinci matçda qalib 4 setdə müəyyənləşib. "Dəmiryolçular" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalla "Abşeron" başçılıq edir. "Milli Aviasiya Akademiyası" 39 xalla 2-ci, "Azərreyl" isə 29 xalla 3-cü pillədə qərarlaşıb.

Paylaş:
Baxılıb: 225 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30