Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Futbolda penaltilərlə bağlı qaydada dəyişiklik edilib

Futbolda penaltilərlə bağlı qaydada dəyişiklik edilib

04.06.2025 [10:24]

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 11 metrlik cərimə zərbələri ilə bağlı qaydada dəyişiklik edildiyini açıqlayıb.

AZƏRTAC IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, yeniliyə əsasən, zərbə zamanı top oyunçunun digər ayağına, eləcə də həmin ayağın digər nahiyələrinə dəyərsə, penalti təkrarlanacaq.

Qərar bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək. Lakin yeniliyin həmin tarixdən əvvəlki matçlarda sınaqdan keçiriləcəyi də istisna edilmir.

Qeyd edək ki, əvvəlki qaydaya görə, zərbə zamanı top futbolçunun digər ayağına da dəydiyi təqdirdə qol ləğv olunurdu. Son belə hadisə İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresin başına gəlmişdi. Argentinalı forvardın UEFA Çempionlar Liqasında "Real Madrid"lə matçda penaltidən vurduğu qol eyni səbəbdən qeydə alınmamışdı.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30