Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək

Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək

15.08.2025 [17:38]

Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək.

AZƏRTAC xəbər verir ki, futbol azarkeşləri ilk oyun günündə La Liqada iki, Liqa 1-də isə bir matça şahidlik edəcəklər.

İspaniya çempionatında mövsümün açılış oyununda “Jirona” doğma meydanda “Rayo Valeykano”nu qəbul edəcək. Digər görüşdə isə “Vilyarreal” La Liqanın yeni iştirakçısı “Real Oviedo”nu sınağa çəkəcək. Qarşılaşmalar müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00 və 23:30-da başlayacaq.

Fransa Liqa 1-də isə yeni mövsüm “Renn” – “Marsel” oyunu ilə start götürəcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, İspaniya çempionatında turun digər oyunları 16, 17 ,18 və 19 avqustda, Liqa 1-də isə 16-17 avqustda keçiriləcək.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30